Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Əsas » Manatın dövriyyəyə buraxılmasından 31 il ötür

Əsas / Son xəbərlər / İqtisadiyyat / Cəmiyyət

Manatın dövriyyəyə buraxılmasından 31 il ötür


Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 31 il ötür.

Oxu.Az xatırladır ki, manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Azərbaycan Respublikasının birinci əsginasları 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.

Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 15 iyul tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub. Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrda 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat/10 rubl nisbətində rubl ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunub. Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilib. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1993-cü il 11 dekabr tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı mühüm rol oynayıb. Bu fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edilib və Azərbaycanın rubl zonasından çıxması təmin olunub. Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10 min manatlıq, 1996-cı ildə isə 50 min manatlıq əsginaslar çap etdirilərək dövriyyəyə buraxılıb.

Ümumilikdə, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əsginas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 2005-ci il fevralın 7-də “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman imzalanıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5 000 köhnə AZM-ə bərabər tutulub. AZM və AZN birgə bir il ərzində – 2006-cı ildə dövriyyədə olub və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edilib. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmayıb və hazırda da bu proses xırda həcmdə olsa da davam edir. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət olub. Yeni manatın dizaynı ilə bağı müsabiqənin qalibi Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.

2018-ci il mayın 23-də yeni, 200 manatlıq pul nişanı təqdim olunub.

Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırda beynəlxalq təcrübədə mövcud olan ən son innovasiyaların və texnologiyaların tətbiqi yolu ilə milli pul nişanlarımızın yenilənməsi prosesləri çərçivəsində “Qarabağ” mövzusuna həsr olunan yeni 20 manatlıq pul nişanı Mərkəzi Bankın 30 illik yubileyi ərəfəsində tədavülə buraxılıb.

Eyni zamanda, AMB tərəfindən 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənməsi həyata keçirilib.