Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » Maqnus Karlsen Dünya Kubokunun qalibi oldu

Əsas / Son xəbərlər / İdman

Maqnus Karlsen Dünya Kubokunun qalibi oldu


Maqnus Karlsen Dünya Kubokunun qalibi oldu.


CİTYNEWS xəbər verir ki, Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku sona çatıb.  Bu gün yarışda tay-brek oyunları keçirilib.

 
Beşqat dünya çempionu Maqnus Karlsen finalda hindistanlı Rameşbabu Praqqnanandha üzərində qələbə qazanıb. Daha təcrübəli Karlsen tay-brekdə bir qələbə və bir heç-heçə ilə finalın taleyini həll edib. Bununla Maqnus Karlsen karyerasında ilk dəfə Dünya Kubokuna sahib çıxıb.
3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb. Abasov karyerasında ilk dəfə Dünya Kubokunda 4-cü yeri tutub.


Qeyd edək ki, yarışda ilk üç yeri tutan şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanıb.


Nicat Abasov: “Heç vaxt belə rejimdə oynamamışam”


Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda dördüncü yeri tutan Nicat Abasov yarışın rəsmi saytına açıqlama verib. Karyerasında ilk dəfə Dünya Kubokunda yarımfinala qədər şahmatçı yorğun olduğunu etiraf edib:


“Artıq 25 gündür ki, intensiv iş rejimindəyik. Heç vaxt belə rejimdə mübarizə aparmamışam. Son günlərdə güc tükənmişdi. Amma yarışa gələn şahmat həvəskarlarının dəstəyi yüksək motivasiyada mübarizə aparmağa kömək edirdi. Güc tükəndiyindən son oyunlarda istədiyim oyunu göstərə bilmədim. Bununla belə böyük təcrübə qazandım. İnanıram ki, bu təcrübə qarşıdakı yarışlarda layiqli nəticələr qazanmağa kömək edəcək ”.
Azərbaycan şahmatçısı ona dəstək olan insanlara təşəkkür edib: “Daim dəstək olan azarkeşlərə, şahmat ictimaiyyətinə çox sağ ol deyirəm. İlk dəfə belə gözəl həyəcanı hiss etdim. Növbəti yarışlarda da hamını sevindirmək üçün mübarizə aparacam”.