Valyuta məzənnəsi:
12:00 Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident və birinci xanım iştirak ediblər  |     11:19 Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”  |     16:04 “Bəs, nə oldu?” deyirdiniz...  |     22:27 Məşhur müğənni qayınanası və qayınatasını ÜZƏ ÇIXARDI - FOTO  |     20:49 Premyer Liqa: "Səbail" - "Sabah" 4 qol vuruldu  |     18:16 Ülvira bu verilişlə qayıdır  |     15:06 Dünyanın ən gözəl müsəlman qadını seçildi - FOTOlar  |     12:31 Taksi sürücüsünün videosunu paylaşan müğənnini hansı cəza gözləyir?  |     10:20 500 milyonluq mirasını xeyriyyə təşkilatına bağışlayacaq  |     22:54 "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi  |     22:30 Putin orduya çağırışla bağlı fərman imzaladı  |     22:10 Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO  |     15:20 UEFA "Qarabağ"ın kapitanını təbrik etdi - FOTO  |     11:06 Bu tarixdə toyu olacaq - FOTO  |     09:20 Namiq Qaraçuxurlu ƏSƏBİLƏŞDİ: "Şərəfsizlikdir" - FOTO  |     08:35 “CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin Qala gecəsi anşlaqla keçirildi  |     23:15 Qənirə Paşayevanın son müsahibəsi - VİDEO  |     22:10 Qənirə Paşayevanın dəfn yeri açıqlandı  |     20:35 Qənirə Paşayeva vəfat etdi  |     20:15 ATB-nin İsrail Nümayəndəliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib  |    
CityNews.az » Əsas » TARİXİ NƏTİCƏ: Azərbaycan ilk dəfə cüdo üzrə Dünya çempionatında birinci oldu

Əsas / Son xəbərlər / İdman

TARİXİ NƏTİCƏ: Azərbaycan ilk dəfə cüdo üzrə Dünya çempionatında birinci oldu



Azərbaycanın yeniyetmələrdən ibarət cüdo üzrə milli yığma komandası 23-26 avqust tarixlərində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Dünya çempionatının fərdi yarışlarında tarixi nəticə əldə edərək 2 qızıl, 3 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 8 medal qazanıb.

Citynews xəbər verir ki, fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və oğlanlar arasında Yaponiya, Gürcüstan, Özbəkistan, Fransa, Serbiya, İtaliya, Qazaxıstan və Braziliya kimi ölkələri geridə qoyaraq 1-ci yeri tutub. Bu, Azərbaycan yığmasının indiyə qədər iştirak etdiyi bütün Dünya çempionatlarında həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir.
Cüdoçularımız çempionatda oğlanlar arasında 7 çəki dərəcəsində təmsil olunublar və 6 çəki dərəcəsində  turniri müxtəlif əyarlı medalla başa vurublar ki, bu da komandamız üçün özünəməxsus rekorddur.

Çempionatın ilk günündə cüdoçularımız yüksək performans nümayiş etdirərək  1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə etdilər. Oğlanlar arasında -50 kq. çəki dərəcəsində cüdoçularımız Nihad Məmişov qızıl medal, Məhəmməd Məmişov gümüş medal qazanıb. -55 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Mirxaliq İskəndərov çempionatın bürünc medalına sahib olub.

Yarışın ikinci günü qızlar arasında -52 kq. çəkidə mübarizə aparan Xədicə Qədəşova gərgin final görüşündə Fransa təmsilçisi Alisya Pulancı məğlub edərək Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub.

Oğlanlar arasında -60 kq. çəkidə Məhəmməd Musayev və -66 kq. çəkidə Əbil Yusubov komandamızın aktivinə gümüş medallar yazdırıblar.

Yarışın üçüncü günündə -73 kq. çəkidə mübarizə aparan cüdoçumuz Süleyman Şükürov yarışın bürünc medalına sahib olub.

Fərdi yarışların sonuncu günündə isə +90 kq. çəki dərəcəsində Ramazan Əhmədov çempionatın bürünc medalını qazanıb.

Bununla da, Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarının hər günü medal əldə ediblər.

Qeyd edək ki, Dünya çempionatı ilə yanaşı yeniyetmə cüdoçularımız cari ildə keçirilən Avropa çempionatında və Avropa Gənclər Olimpiya Festivalında medal əyarına görə ümumi hesabda ilk sırada qərarlaşıblar. Bu nəticələr yeniyetmələrdən ibarət yığma komandamızın yüksək hazırlıq səviyyəsinin olmasının göstəricisidir.

Dünya çempionatındakı parlaq qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik!