Valyuta məzənnəsi:
12:00 Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident və birinci xanım iştirak ediblər  |     11:19 Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”  |     16:04 “Bəs, nə oldu?” deyirdiniz...  |     22:27 Məşhur müğənni qayınanası və qayınatasını ÜZƏ ÇIXARDI - FOTO  |     20:49 Premyer Liqa: "Səbail" - "Sabah" 4 qol vuruldu  |     18:16 Ülvira bu verilişlə qayıdır  |     15:06 Dünyanın ən gözəl müsəlman qadını seçildi - FOTOlar  |     12:31 Taksi sürücüsünün videosunu paylaşan müğənnini hansı cəza gözləyir?  |     10:20 500 milyonluq mirasını xeyriyyə təşkilatına bağışlayacaq  |     22:54 "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi  |     22:30 Putin orduya çağırışla bağlı fərman imzaladı  |     22:10 Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO  |     15:20 UEFA "Qarabağ"ın kapitanını təbrik etdi - FOTO  |     11:06 Bu tarixdə toyu olacaq - FOTO  |     09:20 Namiq Qaraçuxurlu ƏSƏBİLƏŞDİ: "Şərəfsizlikdir" - FOTO  |     08:35 “CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin Qala gecəsi anşlaqla keçirildi  |     23:15 Qənirə Paşayevanın son müsahibəsi - VİDEO  |     22:10 Qənirə Paşayevanın dəfn yeri açıqlandı  |     20:35 Qənirə Paşayeva vəfat etdi  |     20:15 ATB-nin İsrail Nümayəndəliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib  |    
CityNews.az » Son xəbərlər » “Zirə” ardıcıl dördüncü qələbəsini qazanıb, “Səbail”dən ilk qələbə - VİDEO

Son xəbərlər / İdman

“Zirə” ardıcıl dördüncü qələbəsini qazanıb, “Səbail”dən ilk qələbə - VİDEO


Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, günün birinci görüşü Tovuzda baş tutub.

“Turan Tovuz” mövsümdə ilk dəfə doğma azarkeşləri önündə meydana çıxıb. Komanda “Səbail”i qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb -1:3. Fransalı hücumçu Aleksandr Ramalinqom 5-ci dəqiqədə paytaxt klubunu hesabda irəli keçirib. 57-ci dəqiqədə Yusif Nəbiyev fərqi artırıb. 84-cü dəqiqədə Roderik Millerin qolu “Turan Tovuz”u ümidləndirsə də, “Səbail” yenidən fərqi iki topa çatdırmağı bacarıb. 90-cı dəqiqədə Ağabala Ramazanov oyunda son nöqtəni qoyub.

Mövsümdə ilk qələbəsini qazanan “Səbail” dörd xalla altıncı, “Turan Tovuz” isə altı xalla dördüncüdür.

VIDEO https://baku.tv/dunyaa/sebail-ilk-qelebesini-tovuzda-qazandl

Günün ikinci matçı Zirə İdman Kompleksinin stadionunda keçirilib.

İlk üç turda maksimum nəticə göstərən “Zirə” ötən mövsümün gümüş mükafatçısı “Sabah”ı qəbul edib.

Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolu 2-ci dəqiqədə Vladislav Kulaç vurub. 67-ci dəqiqədə isə qonaqlardan Amin Seydiyev qırmızı vərəqə alaraq meydandan qovulub.

İtkisiz irəliləyən “Zirə” 12 xalla vahid liderdir. Bir oyun az keçirən “Sabah” isə 4 xalla beşinci sıradadır.

VIDEO https://baku.tv/dunyaa/zire-den-aridicil-dorduncu-qelebe

Xatırladaq ki, turun dünən baş tutan ilk oyununda “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçə (1:1) ediblər.

Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” - “Qəbələ” və “Qarabağ” - “Kəpəz” matçları ilə yekun vurulacaq.