Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Əsas » Gürcüstan Prezidentinin 9 ölkəyə səfərinə QADAĞA QOYULDU

Əsas / Son xəbərlər / Siyasət / Dünya

Gürcüstan Prezidentinin 9 ölkəyə səfərinə QADAĞA QOYULDU


Gürcüstan hökuməti ölkə Prezidenti Salome Zurabişviliyə Ukrayna da daxil olmaqla, 9 ölkəyə səfər etməyə icazə verməyib.

Citynews.Az Trend-ə istinadən bildirir ki, Gürcüstan Prezidentinin Administrasiyası Zurabişvilinin rəsmi səfərlərinin təsdiqi ilə bağlı hökumətə müraciət edib.

Məlumata görə, prezidentin avqustun 22-24-ü Ukraynaya, sentyabrın 16-sı İsveçrəyə, sentyabrın 27-29-u Bolqarıstana, oktyabrın 2-3-ü Polşaya, oktyabrın 4-6-sı Belçikaya, oktyabrın 31-dən noyabrın 2-nə qədər Danimarkaya, dekabrın 1-2-si BƏƏ-yə, dekabrın 10-12-si Çexiyaya və dekabrın 18-20-si İsrailə işgüzar səfərlərinə yazılı şəkildə rədd cavabı verilib.

Qeyd olunur ki, Gürcüstan Konstitusiyasına əsasən, Prezident ölkəni xaricdə yalnız hökumətlə razılıq əsasında təmsil edir. Bildirilir ki, ölkənin xarici siyasətini aparmaq hökumətin vəzifəsidir.