Valyuta məzənnəsi:
12:00 Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident və birinci xanım iştirak ediblər  |     11:19 Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”  |     16:04 “Bəs, nə oldu?” deyirdiniz...  |     22:27 Məşhur müğənni qayınanası və qayınatasını ÜZƏ ÇIXARDI - FOTO  |     20:49 Premyer Liqa: "Səbail" - "Sabah" 4 qol vuruldu  |     18:16 Ülvira bu verilişlə qayıdır  |     15:06 Dünyanın ən gözəl müsəlman qadını seçildi - FOTOlar  |     12:31 Taksi sürücüsünün videosunu paylaşan müğənnini hansı cəza gözləyir?  |     10:20 500 milyonluq mirasını xeyriyyə təşkilatına bağışlayacaq  |     22:54 "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi  |     22:30 Putin orduya çağırışla bağlı fərman imzaladı  |     22:10 Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO  |     15:20 UEFA "Qarabağ"ın kapitanını təbrik etdi - FOTO  |     11:06 Bu tarixdə toyu olacaq - FOTO  |     09:20 Namiq Qaraçuxurlu ƏSƏBİLƏŞDİ: "Şərəfsizlikdir" - FOTO  |     08:35 “CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin Qala gecəsi anşlaqla keçirildi  |     23:15 Qənirə Paşayevanın son müsahibəsi - VİDEO  |     22:10 Qənirə Paşayevanın dəfn yeri açıqlandı  |     20:35 Qənirə Paşayeva vəfat etdi  |     20:15 ATB-nin İsrail Nümayəndəliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib  |    
CityNews.az » Son xəbərlər » ICOMOS-un Üçillik Baş Assambleyası (Triennial General Assembly) keçirilir

Son xəbərlər / Turizm

ICOMOS-un Üçillik Baş Assambleyası (Triennial General Assembly) keçirilir


Avstraliyanın Sidney şəhərində ICOMOS-un Üçillik Baş Assambleyası (Triennial General Assembly) keçirilir.

CITYNEWS.AZ xəbər veri ki, üç ildən bir keçirilən bu yığıncaqda ICOMOS İdarə Heyətinin hesabatları dinlənilir və gələcək fəaliyyətlə bağlı müzakirələr aparılır.

İlk dəfə olaraq ICOMOS Azərbaycan Milli Komitəsi də təşkilatın Baş Assambleyasında təmsil olunur.  

Təşkilatın 1500-dən çox üzvünü və rəsmi qonaqları bir araya gətirən tədbirdə ICOMOS Azərbaycan-ın prezidenti Sədaqət Davudova və baş katib Şeyda Allahverdiya da iştirak edirlər.

Baş Assambleyanın toplantısında “Mədəni irs: Davamlılıq-Məsuliyyət-Hüquqlar-Əlaqələr”  mövzusunda Elmi Simpozium keçirilir. Sentyabrın 9-dək davam edəcək Assambleyada mədəni irsin qorunması və idarəolunması mövzularında mühazirələr, seminarlar  da təşkil olunacaq. Toplantı iştirakçıları Avstraliyada UNESCO Dünya İrs siyahısına daxil edilmiş məkanlarla da tanış olacaqlar.  

Qeyd edək ki, ICOMOS (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) maddi-mədəni irsin qorunması üzrə dünyada ən böyük beynəlxalq təşkilatdır. 10 mindən çox üzvü, 104 ölkədə milli komitəsi olan  ICOMOS həmçinin UNESCO-nun üç rəsmi məsləhətverici orqanından biridir.

 
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə yaranmış ICOMOS Azərbaycan Milli Komitəsi ötən ildən aktiv fəaliyyətə başlayıb. Xatırladaq ki, 25-31 Oktyabr 2022-ci il tarixlərində Tailand Krallığında keçirilən illik toplantıda ICOMOS Azərbaycan Milli Komitəsi təşkilatın Baş Assambleyasında iki həmsədrindən biri seçilmişdi.