Valyuta məzənnəsi:
17:13 "Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)  |     16:45 İstanbulda ən çox bu müğənnimizə qulaq asırlar - Adlar - (Video)  |     16:13 Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)  |     14:53 Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)  |     14:36 Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"  |     14:30 Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"  |     14:00 Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi  |     13:43 Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?  |     11:23 “Volkswagen” 22 min elektromobili geri çağırır  |     10:43 Roy Kin: ““Mançester Yunayted” sirkə çevrilib”  |     10:20 Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)  |     10:10 Türkiyə Superliqasında ötən ayın ən yaxşısı seçildi  |     09:43 Tyerri Anri Lamine Yamala: “Bunu "Qalatasaray"lı oyunçuya necə etdin?”  |     09:35 Nadir Qafarzadə ilə Elza Seyidcahanın rəqsi diqqət çəkdi - (Video)  |     09:05 Azərbaycan Premyer Liqasında VIII tura start verilir  |     08:50 UEFA Avropa Liqası: "Beşiktaş" və “Milan” səfərdə qalib gəldi  |     16:45 Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)  |     16:10 Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)  |     15:05 Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)  |     14:05 Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)  |    
CityNews.az » Mədəniyyət » Kino » “Park Cinema Metropark”da “Spiderman Parti”si

Kino / Cəmiyyət

“Park Cinema Metropark”da “Spiderman Parti”si


“Park Cinema Metropark”da “Spiderman Parti”si: bir bilet almaq kifayətdir!

“Marvel” öz fanatlarını sevindirməyə davam edir. Sabah, iyulun 4-də “Hörümçək-adam: evdən uzaq” filminin nümayişləri başlayacaq. Filmin rejissoru Con Uotts (“Hörümçək-adam: evə dönüş”, “Polis arabası”, “Kloun”), rolları isə Tom Holland (“Hörümçək-adam: evə dönüş”, “Qisasçılar: final”, “Qisasçılar: sonsuzluq savaşı”, “Dənizin ürəyində”), Semuel L. Cekson (“Kriminal qiraət”, “Öldürmək zamanı”, “Robokop”), Ceyk Cillenholl (“Birisigün”, “Everest”) və başqaları ifa edir.

“Hörümçək-adam: evdən uzaq” filminə nümayişlər Çində artıq başlayıb. Keçmiş həftəsonunda Çin kinoteatrlarında 100 000 000 ABŞ dollarını yığan “Hörümçək-adam: evdən uzaq”, 160 000 000 dollarlıq büdcəsinin təxminən 2/3 hissəsinin qarşılığını aldı.

Magazinews.Az-ın məlumatına görə, IMAX formatında Azərbaycan tamaşaçıları bu filmi yalnız “Park Cinema” kinoteatrlar şəbəkəsində baxa biləcək.

Bununla yanaşı, Azərbaycanda ən texnoloji kinoteatrlar şəbəkəsi “Hörümçək-adam: evdən uzaq” filminin başlanmasına həsr olunmuş xüsusi bir “parti”də iştirak etməyə dəvət edir.

“Spider-man gecəsi” iyulun 4-ü, saat 19:00-da “Park Cinema Metropark” kinoteatrında keçiriləcək. Təbdirdə iştirak etmək üçün “Hörümçək-adam: evdən uzaq” filminin “Dolby Atmos”da nümayiş olunacaq istənilən seansa bilet almaq kifayətdir.

“Bir neçə vaxt bundan öncə biz “Qisasçılar: final” filminə həsr olunmuş bir “parti” keçirmişik, gecədə iştirak edən qonaqlarımız çox məmnun qaldı. Təbii ki, bu dəfə də qonaqlarımızı sürprizlər gözləyəcək”, - “Park Cinema”nın piar-meneceri Rüstəm Fətəliyev deyə bildirib.

Onu da qeyd edək ki, Fataliyevin sözlərinə görə, növbəti çərşənbə axşamı Park Cinema-a gələn hər kəs biletləri 50% endirimlə əldə edə biləcək:

"Park Cinema”da film biletlərini aşağı qiymətlərlə əldə etməyə imkan verən bir neçə tarif var. Tələbə və ailə tarifləri ilə yanaşı, çərşənbə axşamı günü bizdə "Super Günlər" keçirilir. Bu isə o deməkdir ki, “Hörümçək-adam: evdən uzaq” fiminə IMAX formatında hər çərşənbə axşamı sadəcə 6,90 AZN-ə baxmaq olar”.