Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Son xəbərlər » Musiqili Teatrın aktrisası Özbəkistanın rəsmi bayram tədbirlərində iştirak etdi

Son xəbərlər / Teatr-Rəsm

Musiqili Teatrın aktrisası Özbəkistanın rəsmi bayram tədbirlərində iştirak etdi


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı solisti Eleonora Mustafayeva Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Daşkənddə keçirilən təntənəli mərasimdə iştirak edib.

 
Beş gün davam edən silsilə tədbirlərdə ölkəmizi layiqincə təmsil edən aktrisa türkdilli ölkələrin tanınmış opera müğənniləri – Şirin Mamatova (Özbəkistan), Zarina Altınbayeva (Qazaxıstan), Demet Gürkan (Türkiyə), Zaira Raimbəyova (Qırğızıstan), Ayna Seyirkuleva (Türkmənistan) ilə eyni səhnəni bölüşüb.  


Eleonora xanım Özbəkistanın simfonik orkestrinin müşayiəti ilə "Azərbaycan elləri" (Fikrər Əmirov) mahnısını oxuyub.
Sonda "Sopranoların paradı"nda səhnəyə çıxan vokalçılar "Silva" (İmre Kalman) operasından bir parça ifa ediblər.  

Qeyd edək ki, aktrisa bu tədbirə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TURKSOY-un dəvəti ilə qatılıb.


VIDEO https://newstube.az/videos/156265/?fbclid=IwAR3pCjTkSRmz4gVzlGKzQupXXbRhadY58zhNOTSDmL-LiQNZsjRREsnstlw