Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Əsas » Hikmət Hacıyev: “Laçın və Ağdam yolları eyni vaxtda açıla bilər”

Əsas / Son xəbərlər / Siyasət

Hikmət Hacıyev: “Laçın və Ağdam yolları eyni vaxtda açıla bilər”


"Azərbaycan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandan göndərilən ərzaq yüklərinin Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinə çatdırılmasını təmin etməyə hazırdır, bir şərtlə ki, eyni vaxtda da Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin Azərbaycandan göndərilən yüklərinin təyinat nöqtəsinə çatmasına icazə verilsin".

Citynews report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, gərginliyi aradan qaldıra, Bakı ilə İrəvan arasında uzunmüddətli sülh danışıqlarını stimullaşdıra biləcək pilot sxem çərçivəsində malların tədarükü üçün həm Laçın, həm də Ağdam yolları eyni vaxtda açıla bilər.

H.Hacıyev bildirib ki, bu məsələ sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında baş tutmuş telefon danışığı zamanı müzakirə olunub.

"Hər iki yolun eyni vaxtda açılması təklif edilib və Azərbaycan da buna dərhal razılaşıb. Ağdam yolunun bir hissəsi Qarabağ separatçıları tərəfindən beton maneələrlə bağlanıb. Dövlət katibi Blinkenlə telefon danışdığından artıq bir həftə vaxt keçib, amma heç bir irəliləyiş yoxdur".