Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » Paşinyan Azərbaycanla vuruşacaq ölkə axtarır

Əsas / Son xəbərlər / Siyasət

Paşinyan Azərbaycanla vuruşacaq ölkə axtarır


Cənubi Qafqazda yeni savaş başlasa, Rusiya araya girməyə o qədər də həvəsli olmayacaq, Kreml buna cəhd göstərsə belə, böyük ehtimalla rəsmi Bakı onu dinləməyəcək... ABŞ, Avropa Birliyi, Fransa və s. isə rəsmi İrəvana dəstək verə bilməyəcək, hətta onlar hay-küy salmağa imkan tapana qədər Ermənistanın hərbi-siyasi intihar prosesi sona çatmış olacaq...

Ermənistanda revanşizm meylləri güclənməkdə davam edir. Üstəlik, rəsmi İrəvanın aqressiv hərbi ritorikası Ermənistanın savaş potensialı ilə tərs mütənasibdir. Çünki rəsmi İrəvanın yeni müharibəyə səbəb olacaq avantürist addımları Ermənistanın hərbi potensialını artırmaq cəhdlərini xeyli qabaqlayır. Və nəticədə Paşinyan hakimiyyəti növbəti dəfə Ermənistanı gücü çatmayacaq savaşa doğru sürükləmiş olur.

İkinci Qarabağ savaşı ərəfəsində də rəsmi İrəvan təxminən eyni avantürist davranışların girovuna çevrilmişdi. Belə ki, Ermənistanın beynəlxalq himayədarları rəsmi İrəvana müharibə sifariş etmişdilər. Rəsmi İrəvan da həmin sifarişin icrası üçün əlindən gələn hər şeyi etdi və nəticədə biabırçı məğlubiyyətə uğradı. Ermənipərəst beynəlxalq dairələr isə Ermənistanı müdafiə edə bilmədi.

Belə anlaşılır ki, Cənubi Qafqazda hadisələrin təkrarlanma ehtimalı mövcuddur. Çünki Paşinyan hakimiyyəti yenə də Fransa başda olmaqla, Cənubi Qafqaza can atan beynəlxalq güclərin savaş sifarişini yerinə yetirməyə çalışır. Üstəlik, rəsmi İrəvan Ermənistanın savaş potensialının 44 günlük müharibədən əvvəl olduğundan da zəifliyini nəzərə almağa həvəs göstərmir. Və bu dəfə də savaş meydanında təkbaşına qalacağını unudur.

rus-franshiz-ermeni.JPG (61 KB)

Hələlik isə rəsmi İrəvan Ermənistana təhlükəsizlik vədləri verən ölkələrin rəhbərliyi ilə məsləhətləşmələr aparır. Baş nazir Nikol Paşinyan artıq İran prezidenti ilə telefon əlaqəsi yaradıb. Yəqin ki, rəsmi İrəvan Azərbaycana qarşı hərbi təxribat törətdikdən sonra Ermənistanın hərbi müdaxiləyə məruz qalmayacağına təminat almağa çalışır. Hər halda, Ermənistanın böyük dəstək ümidləri bəslədiyi ölkələr arasında İranın da yer aldığı heç kəsə sirr deyil.

Baş nazir Nikol Paşinyanın telefon dəstəyi almağa çalışdığı digər ölkə kimi isə Fransa ön plana çıxmağa başlayıb. Belə ki, erməni baş nazir Fransa prezidenti Emmanuel Makron ilə uzun müddət telefonla danışıb. "İki bacı ölkə"nin rəhbərləri Ermənistan və Azərbaycan arasındakı şərti sərhəddə artan gərginliyi müzakirə ediblər. Erməni mənbələri prezident Emmanuel Makronun bütün hərbi-siyasi ziddiyyətləri yalnız diplomatiya yolu ilə həll etməyi məsləhət gördüyünü bildirir. Və bu "məsləhət" Fransanın yenə də Ermənistanı biabırçı hərbi məğlubiyyətindən xilas edə biləcəyinə əmin olmadığını sezdirir.

Erməni baş nazir Fransa prezidentindən sonra Almaniya kanseri Olaf Şolts və ABŞ-ın dövlət katibi Entoni Blinkenlə də telefon üzərindən danışıqlar aparıb. Yəni, baş nazir Nikol Paşinyan 44 günlük savaş dövründə olduğu kimi, yenə də əsas vaxtını məhz telefon aparatının başında keçirir. Yəqin ki, erməni baş nazir Ermənistanın əvəzinə Azərbaycanla müharibə aparacaq ölkəni tapa biləcəyinə hələ də ümidini itirməyib.

Ona görə də, Ermənistan Azərbaycanla şərti sərhəd bölgəsinə canlı qüvvə cəmləşdirir, açıq şəkildə növbəti təxribatı törətmək üçün yeni səngərlər qazır, hərbi texnika toplayır. Eyni zamanda, rəsmi İrəvan sülh prosesində indiyə qədər əldə olunmuş bütün anlaşmalardan da geri çəkildiyini sezdirir. Və bu davranışların Ermənistan üçün hansı nəticələri verə biləcəyini isə təxmin etmək o qədər də çətin deyil.

Məsələ ondadır ki, vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana sərt şəkildə xəbərdarlıq etmişdi. Rəsmi İrəvan isə bu xəbərdarlıq mesajını vaxtında anlamaqda çətinlik çəkmişdi. Belə ki, Azərbaycan lideri 44 günlük II Qarabağ savaşı dövründə Ermənistan baş naziri Nikol Paşinyana bütün avantürist davranışların bir cəzasının mütləq olduğunu xatırlatmışdı: "Bilmirdinmi ki, gün gələcək bu əməllərə görə cavab verəcəksən. Bu gün gəlibdir".

44 günlük savaş dövründə Ermənistan biabırçı məğlubiyyətə uğradı. Baş nazir Nikol Paşinyan bu məğlubiyyəti deyəsən, artıq unutmağa başlayıb. Ona görə də, erməni baş nazir Ermənistanı sürətlə və israrla yenidən həmin günün növbəti dəfə təkrarına çəkir. Halbuki, bu dəfə həmin gün Ermənistan üçün daha ağır nəticələr də verə bilər. Çünki bu dəfə Rusiya araya girməyə o qədər də həvəsli olmayacaq, Kreml buna cəhd göstərsə belə, böyük ehtimalla rəsmi Bakı dinləməyəcək. ABŞ, Avropa Birliyi, Fransa və s. isə dəstək verə bilməyəcək, hətta onlar hay-küy salmağa imkan tapana qədər hər şey bitmiş olacaq.

Belə anlaşılır ki, rəsmi İrəvan yaxın keçmişdən lazımi dərslər çıxartmayıb. Yenə də utopik erməni xəyalları ilə Cənubi Qafqazı yeni hərbi fəlakətə sürükləməyə çalışır. Halbuki, yeni müharibənin Ermənistanın siyasi xəritəsini dəyişə biləcəyi qətiyyən istisna deyil. Və bunu indi rəsmi İrəvandan, başqa hər kəs, hətta Ermənistanı müxtəlif vədlərlə yeni savaşa təşviq edən beynəlxalq siyasi iradə mərkəzləri də tam dəqiqliyi ilə bilirlər.

Onu da qeyd etmək lazımdır ki, əgər, Paşinyan hakimiyyəti nə qədər təhlükəli bir hərbi avantüraya başladığını dəqiqləşdirməyə həvəsli olsaydı, beynəlxalq mütəxəssislərin rəylərinə nəzər salsa, kifayət edərdi. Belə ki, beynəlxalq hərbi mütəxəssislər Azərbaycan və Ermənistan arasında hərbi balansın ciddi şəkildə pozulduğunu vurğulayırlar. Onların fikrincə, bu balans uzun müddət üçün pozulub və Azərbaycan ordusu Ermənistan üzərində əzici üstünlüyünü yaxın gələcəkdə də qoruyub, saxlayacaq.

Təbii ki, belə situasiyada rəsmi İrəvanın Azərbaycana qarşı müharibə ritorikasına xüsusi həvəs göstərməsi hərbi-siyasi cahillikdən başqa bir şey deyil. Çünki Paşinyan hakimiyyətinin Azərbaycana qarşı növbəti savaş cəhdi Ermənistan üçün real intihar prosesinin başlanğıcı anlamına gələ bilər. Və etibarlı təhlükəsizlik sisteminə sahib olmayan, mövcud hərbi müttəfiqinə xəyanət edən bir ölkənin siyasi elitasının müharibə hazırlığı bundan başqa nəticə verə bilməz.

Yeni Müsavat