Valyuta məzənnəsi:
12:00 Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident və birinci xanım iştirak ediblər  |     11:19 Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”  |     16:04 “Bəs, nə oldu?” deyirdiniz...  |     22:27 Məşhur müğənni qayınanası və qayınatasını ÜZƏ ÇIXARDI - FOTO  |     20:49 Premyer Liqa: "Səbail" - "Sabah" 4 qol vuruldu  |     18:16 Ülvira bu verilişlə qayıdır  |     15:06 Dünyanın ən gözəl müsəlman qadını seçildi - FOTOlar  |     12:31 Taksi sürücüsünün videosunu paylaşan müğənnini hansı cəza gözləyir?  |     10:20 500 milyonluq mirasını xeyriyyə təşkilatına bağışlayacaq  |     22:54 "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi  |     22:30 Putin orduya çağırışla bağlı fərman imzaladı  |     22:10 Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO  |     15:20 UEFA "Qarabağ"ın kapitanını təbrik etdi - FOTO  |     11:06 Bu tarixdə toyu olacaq - FOTO  |     09:20 Namiq Qaraçuxurlu ƏSƏBİLƏŞDİ: "Şərəfsizlikdir" - FOTO  |     08:35 “CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin Qala gecəsi anşlaqla keçirildi  |     23:15 Qənirə Paşayevanın son müsahibəsi - VİDEO  |     22:10 Qənirə Paşayevanın dəfn yeri açıqlandı  |     20:35 Qənirə Paşayeva vəfat etdi  |     20:15 ATB-nin İsrail Nümayəndəliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib  |    
CityNews.az » Əsas » “Müharibə olacaq və Azərbaycan Qarabağa nəzarəti tam ələ keçirəcək”

Əsas / Son xəbərlər / Ordu / Cəmiyyət

“Müharibə olacaq və Azərbaycan Qarabağa nəzarəti tam ələ keçirəcək”


"Əslində Ermənistan lideri Nikol Paşinyan Rusiyanın iddia etdiyi fövqəldövlət rolunu layiqincə yerinə yetirmədiyini söylədi".

Citynews.Az konkret.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ukraynalı bloger, siyasi şərhçi və jurnalist Denis Kazanski çıxış edib.

O, öz Youtube kanalında Ermənistan lideri Nikol Paşinyanın Rusiyadan uzaqlaşması ilə bağlı bəyanatlarını şərh edib və regiondakı vəziyyəti təhlil edib.

"Hamı düşünürdü ki, Rusiya güclü ordusu olan dövlətdir. Lakin Rusiya Ukraynada özünü biabır edəndən sonra onun zəifliyi hamıya bəlli oldu. Hamı Rusiyanın heç bir şey olmadığını və hesaba alına bilməyəcəyini anladı. Hətta Paşinyan da, Rusiyanın müttəfiqi olaraq açıq deyir ki, Moskvaya ümid yoxdur, çünki o, zəifdir və heç nə edə bilmir. Ümumiyyətlə, Ermənistan Rusiyaya arxalanaraq böyük səhvə yol verdi", - ekspert qeyd edib.

Kazanski bildirib ki, bütün bunlar ermənilərlə azərbaycanlılar arasında növbəti gərginlik fonunda baş verir.

"Çox güman ki, növbəti müharibə olacaq, nəticədə Azərbaycan Qarabağa nəzarəti tam ələ keçirəcək. Amma Rusiya müdaxilə etməyəcək, Rusiya müttəfiqi Ermənistanın tərəfində hərəkət edə bilməyəcək, çünki Rusiya artıq müttəfiqini təslim edib", - deyə Kazanski fikrini yekunlaşdırıb.