Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » Prezident “Azərsu”ya 12 milyon manat ayırdı

Əsas / Son xəbərlər / Siyasət

Prezident “Azərsu”ya 12 milyon manat ayırdı


Prezident İlham Əliyev İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Citynews.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrin uğurlu icrası nəticəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. İsmayıllı rayonunun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan on bir min nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Göyçay çayından çəkilmiş magistral su kəmərinin və kəndlərin daxili su şəbəkələrinin yenidən qurulması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 12,0 (on iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən magistral su kəmərinin bərpasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.