Valyuta məzənnəsi:
12:00 Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident və birinci xanım iştirak ediblər  |     11:19 Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”  |     16:04 “Bəs, nə oldu?” deyirdiniz...  |     22:27 Məşhur müğənni qayınanası və qayınatasını ÜZƏ ÇIXARDI - FOTO  |     20:49 Premyer Liqa: "Səbail" - "Sabah" 4 qol vuruldu  |     18:16 Ülvira bu verilişlə qayıdır  |     15:06 Dünyanın ən gözəl müsəlman qadını seçildi - FOTOlar  |     12:31 Taksi sürücüsünün videosunu paylaşan müğənnini hansı cəza gözləyir?  |     10:20 500 milyonluq mirasını xeyriyyə təşkilatına bağışlayacaq  |     22:54 "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi  |     22:30 Putin orduya çağırışla bağlı fərman imzaladı  |     22:10 Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO  |     15:20 UEFA "Qarabağ"ın kapitanını təbrik etdi - FOTO  |     11:06 Bu tarixdə toyu olacaq - FOTO  |     09:20 Namiq Qaraçuxurlu ƏSƏBİLƏŞDİ: "Şərəfsizlikdir" - FOTO  |     08:35 “CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin Qala gecəsi anşlaqla keçirildi  |     23:15 Qənirə Paşayevanın son müsahibəsi - VİDEO  |     22:10 Qənirə Paşayevanın dəfn yeri açıqlandı  |     20:35 Qənirə Paşayeva vəfat etdi  |     20:15 ATB-nin İsrail Nümayəndəliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib  |    
CityNews.az » Son xəbərlər » “INNOLAND”də “NASA Space Apps Challenge” hakatonu keçiriləcək

Son xəbərlər / Cəmiyyət / Texnologiya

“INNOLAND”də “NASA Space Apps Challenge” hakatonu keçiriləcək



7-8 oktyabr tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “NASA Space Apps Challenge” hakatonu keçiriləcəkdir. Müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşdırılacaqdır.

Hakatonun məqsədi qlobal əhəmiyyətli prioritet istiqamətlərdə qeyd olunan mövzulara dair açıq mənbəli həllər yaratmadır. Eyni zamanda müvafiq sahələrin elmi tədqiqinə maraq oyatmaq, yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin və mühəndislərin böyüməsini və müxtəlifliyini təşviq etmək əsas hədəflərdir.

Müsabiqədə iştirak üçün komandalar layihə rəhbəri və bir nəfər proqram təminatçısı da daxil olmaqla 14 yaşdan yuxarı 3-4 nəfər üzvdən ibarət olmalıdırlar.

Tələblərə cavab verən komandalar 36 saat ərzində hakatonun əsas mövzuları olan iqlimin idarəolunması, təhsil texnologiyaları, yanğınların idarəolunması, virtual və artırılmış reallıqlar, sosial layihələr istiqamətlərində tapşırıqları həll edəcəklər.

Yekunda orijinallığı, konseptləri,  ixtiraçılığı ilə fərqlənən, yaradıcı problem həlli və qeyri-standart düşünmə nümayiş etdirən həllər yüksək qiymətləndiriləcəkdir. Qaliblər ilk 3 yer üzrə qiymətləndiriləcək və müvafiq olaraq 3000 AZN, 2000 AZN, 1000 AZN ilə mükafatlandırılacaqlar.

Hakatona qoşulmaq və texniki tələblərlə tanış olmaq üçün keçid: https://www.spaceappschallenge.org/2023/locations/baku/