Valyuta məzənnəsi:
12:00 Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident və birinci xanım iştirak ediblər  |     11:19 Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”  |     16:04 “Bəs, nə oldu?” deyirdiniz...  |     22:27 Məşhur müğənni qayınanası və qayınatasını ÜZƏ ÇIXARDI - FOTO  |     20:49 Premyer Liqa: "Səbail" - "Sabah" 4 qol vuruldu  |     18:16 Ülvira bu verilişlə qayıdır  |     15:06 Dünyanın ən gözəl müsəlman qadını seçildi - FOTOlar  |     12:31 Taksi sürücüsünün videosunu paylaşan müğənnini hansı cəza gözləyir?  |     10:20 500 milyonluq mirasını xeyriyyə təşkilatına bağışlayacaq  |     22:54 "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi  |     22:30 Putin orduya çağırışla bağlı fərman imzaladı  |     22:10 Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO  |     15:20 UEFA "Qarabağ"ın kapitanını təbrik etdi - FOTO  |     11:06 Bu tarixdə toyu olacaq - FOTO  |     09:20 Namiq Qaraçuxurlu ƏSƏBİLƏŞDİ: "Şərəfsizlikdir" - FOTO  |     08:35 “CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin Qala gecəsi anşlaqla keçirildi  |     23:15 Qənirə Paşayevanın son müsahibəsi - VİDEO  |     22:10 Qənirə Paşayevanın dəfn yeri açıqlandı  |     20:35 Qənirə Paşayeva vəfat etdi  |     20:15 ATB-nin İsrail Nümayəndəliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib  |    
CityNews.az » Son xəbərlər » ASAN könüllülərindən növbəti səhnə işi

Son xəbərlər / Mədəniyyət / Cəmiyyət

ASAN könüllülərindən növbəti səhnə işi


ASAN könüllüləri tərəfindən "Milli musiqinin inciləri" adlı konsert proqramı həyata keçirilib.  

18 Sentyabr -  Milli Musiqi Gününə həsr olunmuş tədbir Azərbaycanın musiqi və mədəniyyət incilərininin təqdimatı, tariximizin təbliğatı məqsədilə təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizin musiqi mədəniyyəti tarixinə qısa nəzər salıb,   bu sahəyə dövlətimizin göstərdiyi qayğı və diqqəti xüsusi vurğulayıb. 

Konsertin açılışı Azərbaycan Milli Konservatoriyasının Xalq Çalğı Alətləri Orkestrinin  ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. "Sarı gəlin",  "Tez gəl",  "Yaylıq" və s. kimi məşhur ifalar səsləndirilib, Üzeyir Hacıbəylinin kompozisiyalarından ibarət rəqs nümayiş etdirilib.

Sonda Əməkdar artist Aygün Bəylərin və könüllülərin ifasında "Ey vətən!" mahnısı səsləndirilib.

Dəstəkçilər;  Müslüm Maqomayev adına 26 nömrəli 11 illik Musiqi Məktəbi;  Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci

ASAN könüllüləri bu günə qədər vətənpərvərlik, dövlətçilik, təhsil, ekologiya, sosial, mədəniyyət, eləcə də fərdi inkişaf istiqamətində 1000-dən çox yerli və beynəlxalq layihədə iştirak, habelə, təşkilatçı qismində çıxış ediblər.