Valyuta məzənnəsi:
12:00 Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident və birinci xanım iştirak ediblər  |     11:19 Yazgül Abdıyeva: “Əlvida dəyərli Qənirəmiz”  |     16:04 “Bəs, nə oldu?” deyirdiniz...  |     22:27 Məşhur müğənni qayınanası və qayınatasını ÜZƏ ÇIXARDI - FOTO  |     20:49 Premyer Liqa: "Səbail" - "Sabah" 4 qol vuruldu  |     18:16 Ülvira bu verilişlə qayıdır  |     15:06 Dünyanın ən gözəl müsəlman qadını seçildi - FOTOlar  |     12:31 Taksi sürücüsünün videosunu paylaşan müğənnini hansı cəza gözləyir?  |     10:20 500 milyonluq mirasını xeyriyyə təşkilatına bağışlayacaq  |     22:54 "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi  |     22:30 Putin orduya çağırışla bağlı fərman imzaladı  |     22:10 Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO  |     15:20 UEFA "Qarabağ"ın kapitanını təbrik etdi - FOTO  |     11:06 Bu tarixdə toyu olacaq - FOTO  |     09:20 Namiq Qaraçuxurlu ƏSƏBİLƏŞDİ: "Şərəfsizlikdir" - FOTO  |     08:35 “CinemaPlus”da “Həyat, deyəsən, gözəldir” filminin Qala gecəsi anşlaqla keçirildi  |     23:15 Qənirə Paşayevanın son müsahibəsi - VİDEO  |     22:10 Qənirə Paşayevanın dəfn yeri açıqlandı  |     20:35 Qənirə Paşayeva vəfat etdi  |     20:15 ATB-nin İsrail Nümayəndəliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib  |    
CityNews.az » Əsas » Premyer Liqa: “Qarabağ” “Sabah”ı iki cavabsız qolla məğlub edib - VİDEO

Əsas / Son xəbərlər / İdman

Premyer Liqa: “Qarabağ” “Sabah”ı iki cavabsız qolla məğlub edib - VİDEO


Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

Turun mərkəzi oyununda çempionla vitse-çempion üz-üzə gəliblər.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda qızıl medallar uğrunda mübarizədə əsas rəqiblərindən olan “Sabah”ı qəbul edib.

Qarşılaşmanı üstün keçirən ağdamlılar ikinci hissədə vurduqları qollar sayəsində 2:0 hesablı qələbə qazanıblar. 56-cı dəqiqədə Olavio Juninyo hesabı açıb. 88-ci dəqiqədə isə Hamidu Keyta görüşdə son nöqtəni qoyub.

Qələbə sayəsində “Qarabağ” xallarının sayını 10-a yüksəldib. Son sıralarda qərarlaşan “Sabah”ın isə hesabında 4 xal var.

Turun əvvəlki oyunlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0, “Səbail” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib, “Turan Tovuz”la “Qəbələ” bərabərə (2:2) qalıblar.

Qeyd edək ki, Premyer Liqada VII turun matçları 23-25 sentyabr aralığında keçiriləcək. /oxu.az/


VIDEO https://baku.tv/dunyaa/qarabag-esas-reqibini-meglub-etdi-98269