Valyuta məzənnəsi:
09:53 Hollivud ulduzunun əkizləri oldu  |     09:51 Yenə kartlardan pul oğurlandı  |     09:45 "İnter" 2 ulduzunu GÖNDƏRİR  |     09:28 DTX əməliyyat keçirdi: çox sayda terrorçu ƏLƏ KEÇDİ  |     09:01 Zaur Nəbioğluna ağır İTKİ  |     23:50 Banana həsrət qalacağıq  |     23:30 "Bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin"  |     23:05 “Qarabağ” “Araz-Naxçıvan”ı məğlub etdi  |     20:30 “El Klasiko”nun qalibi “Barselona” oldu  |     20:20 "Kəpəz" "Sumqayıt"ı məğlub etdi  |     17:20 Bu xəstəliyi qəti görməzdən gəlməyin: qadınlara daha çox təsir edir  |     17:10 Xalq artistinin toyda rəqsi QINANDI - VİDEO  |     16:20 Toyda bəyin hərəkəti gəlinin xoşuna gəlmədi - elə reaksiya verdi ki... - VİDEO  |     16:10 Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar  |     15:55 "Mənə çiyin atan qız deyirdilər"  |     15:30 Ərdoğandan Putinin təklifinə REAKSİYA  |     15:16 Karateçilərimiz dünya çempionatında 4 medal qazanıblar  |     15:15 "Qarabağ" 10 pillə İRƏLİLƏDİ  |     15:10 Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür  |     15:00 "Deyir ki, yaxşı pulu var, təriflə, hörmət edəcək, o səviyyəsizin verilişinə niyə gedirdim ki..."  |    
CityNews.az » Əsas » Bu məlumatların yayılmasına yol verilmir! - Baş Prokurorluq

Əsas / Son xəbərlər / Cəmiyyət

Bu məlumatların yayılmasına yol verilmir! - Baş Prokurorluq


Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Qurum rerrorçuluğa qarşı mübarizə ilə bağlı məlumatların verilməsi qaydasını diqqətə çatdırıb.

Qeyd olunub ki, "Terrorçuluğa qarşı mübarizə haqqında" qanuna əsasən terror əleyhinə aparılan əməliyyatlar zamanı terror aktları barəsində ictimaiyyətə məlumatlar əməliyyat qərargahının rəhbərinin və ya əməliyyat qərargahının ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsinin müəyyən etdiyi formada və həcmdə verilir.

Aşağıdakı məlumatların yayılmasına yol verilmir:

1) terror əleyhinə əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında;

2) terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə əməliyyatların aparılmasına əngəllik törədən məlumatlar haqqında;

3) terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar haqqında;

4) terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında.

Terror aktları, eləcə də terror əleyinə əməliyyatlarla bağlı yayılması qadağan edilən məlumatın internet informasiya ehtiyatında yerləşdirilməsi inzibati xəta hesab edilir (İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi) və fiziki şəxslər beş 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər min manatdan 1500 manat məbləğdə inzibati cərimə edilir, yaxud 1 ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.