Valyuta məzənnəsi:
16:50 CinemaPlus-da rok musiqiçisi Murat Gögebakanın həyatından bəhs edən film - VIDEO  |     22:10 Trampın filmindən ilk kadrlar FOTOlar  |     21:15 AZƏRTAC-ın əməkdaşı bu ölkəyə buraxılmadı - SƏBƏB  |     20:25 XİN-dən Cozep Borrellə CAVAB  |     19:13 Premyer Liqada ilk ayrılıq  |     18:51 “Onsuz da Zaur, Xoşqədəm insanları ağladır, səhərin gözü açılmamış...”  |     16:34 İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib - FOTO  |     15:50 Bu yolda sürət həddi endirildi  |     14:02 Prezident energetika ilə bağlı qanunu təsdiqlədi  |     14:00 UEFA “Qarabağ”la oyunda baş verənlərə görə “Olimpiya”nın şikayətini rədd etdi  |     13:20 Şahmatçılar Vüqar Həşimovu ziyarət edəcək  |     12:15 "Qalatasaray"ın məşhur futbolçusu Hadise ilə eşq yaşayırmış - FOTO  |     11:14 Dövlət Agentliyinin sədri ASAN könüllüləri ilə görüşüb - FOTO  |     22:05 Bu yığma Azərbaycanla qarşılaşmaq istəmir  |     21:45 "Qarabağ" dan böyükhesablı qələbə  |     21:10 Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB  |     18:45 Xoşqədəm: “Baləli, məni əsəbləşdirmə, səni elə itirərəm ki,..."  |     16:55 Ərdoğanın müavini Azərbaycanda səfərdədir  |     16:30 Karate üzrə Azərbaycan çempionatına yekun vuruldu - FOTO  |     14:57 AVARÇƏKƏNİMİZ DAHA BİR NÜFUZLU YARIŞDA QALİB OLDU  |    
CityNews.az » Son xəbərlər » “ASAN xidmət” brendi Koreyada təqdim olundu

Son xəbərlər / Cəmiyyət

“ASAN xidmət” brendi Koreyada təqdim olundu


Koreya Respublikasının Seul şəhərində “İdarəetmədə innovasiyalar və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün potensialın gücləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib 

Tədbir Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, Astana Dövlət Qulluğu Mərkəzinin, Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin və Milli İnformasiya Cəmiyyəti Agentliyinin  təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi ölkəmizdə dövlət sektorunda ağıllı həllərin yaradılması və qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı layihənin sonrakı mərhələsində dövlət xidmətlərində dizayn düşüncəsinin tətbiqinə dair təcrübə mübadiləsinə dair çıxış edib. Eyni zamanda “ASAN xidmət” brendinin intellektual məhsul kimi digər ölkələrə ixrac edildiyini qeyd edib, qlobal texnoloji trendlərin tətbiqi ilə bağlı uğurlu təcrübələri iştirakçıların diqqətinə çatdırıb. 

Azərbaycan ilə yanaşı səkkiz ölkədən 30-dan çox nümayəndənin iştirak etdiyi tədbir çərçivəsində Seul şəhərinin Ağıllı Şəhər İdarəetmə Mərkəzinə və İnçeon şəhərinin Azad İqtisadi Zonasına tanışlıq ziyarəti təşkil edilib.