Valyuta məzənnəsi:
16:50 CinemaPlus-da rok musiqiçisi Murat Gögebakanın həyatından bəhs edən film - VIDEO  |     22:10 Trampın filmindən ilk kadrlar FOTOlar  |     21:15 AZƏRTAC-ın əməkdaşı bu ölkəyə buraxılmadı - SƏBƏB  |     20:25 XİN-dən Cozep Borrellə CAVAB  |     19:13 Premyer Liqada ilk ayrılıq  |     18:51 “Onsuz da Zaur, Xoşqədəm insanları ağladır, səhərin gözü açılmamış...”  |     16:34 İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib - FOTO  |     15:50 Bu yolda sürət həddi endirildi  |     14:02 Prezident energetika ilə bağlı qanunu təsdiqlədi  |     14:00 UEFA “Qarabağ”la oyunda baş verənlərə görə “Olimpiya”nın şikayətini rədd etdi  |     13:20 Şahmatçılar Vüqar Həşimovu ziyarət edəcək  |     12:15 "Qalatasaray"ın məşhur futbolçusu Hadise ilə eşq yaşayırmış - FOTO  |     11:14 Dövlət Agentliyinin sədri ASAN könüllüləri ilə görüşüb - FOTO  |     22:05 Bu yığma Azərbaycanla qarşılaşmaq istəmir  |     21:45 "Qarabağ" dan böyükhesablı qələbə  |     21:10 Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB  |     18:45 Xoşqədəm: “Baləli, məni əsəbləşdirmə, səni elə itirərəm ki,..."  |     16:55 Ərdoğanın müavini Azərbaycanda səfərdədir  |     16:30 Karate üzrə Azərbaycan çempionatına yekun vuruldu - FOTO  |     14:57 AVARÇƏKƏNİMİZ DAHA BİR NÜFUZLU YARIŞDA QALİB OLDU  |    
CityNews.az » Əsas » Elçin Şıxlını təhqir edən “TikTok” istifadəçisi cəzalandırıldı

Əsas / Son xəbərlər / Kriminal / Cəmiyyət

Elçin Şıxlını təhqir edən “TikTok” istifadəçisi cəzalandırıldı


Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı sosial şəbəkədə onu təhqir edən şəxsi məhkəməyə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, E.Şıxlı Lənkəran Şəhər Məhkəməsində iddia qaldırıb.

Xüsusi ittihamçı iddia ərizəsində göstərib ki, əvvəldən tanımadığı Əlihüseyn Ağayev "TikTok"da onu təhqir edib, şərəf və ləyaqətinə xələl gətirən sözlər işlədib.

Məhkəmədə xüsusi ittihamçının vəkili Həbib Əliyev çıxış edib. Vəkil müvəkkilinin təhqir olunduğunu təsdiq edən kifayət qədər sübutlar olduğunu bildirərərək təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsinin sanksiyası həddində cəzalandırılmasını istəyib.

Müdafiə tərəfi isə özünü təqsirli bilməyərək bəraət qərarı çıxarılmasını xahiş edib.

Hakim Murad Aslanov tərəflərin fikirlərini öyrəndikdən sonra qərarını açıqlayıb. Qərara əsasən, Əlihüseyn Ağayev verilmiş ittihamla təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Qeyd edək ki, Elçin Şıxlı Xalq yazıçısı İsmayıl Şıxlının oğludur. O,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, həmçinin ayna.az saytı və Ayna TV-nin təsisçisidir.