Valyuta məzənnəsi:
16:50 CinemaPlus-da rok musiqiçisi Murat Gögebakanın həyatından bəhs edən film - VIDEO  |     22:10 Trampın filmindən ilk kadrlar FOTOlar  |     21:15 AZƏRTAC-ın əməkdaşı bu ölkəyə buraxılmadı - SƏBƏB  |     20:25 XİN-dən Cozep Borrellə CAVAB  |     19:13 Premyer Liqada ilk ayrılıq  |     18:51 “Onsuz da Zaur, Xoşqədəm insanları ağladır, səhərin gözü açılmamış...”  |     16:34 İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib - FOTO  |     15:50 Bu yolda sürət həddi endirildi  |     14:02 Prezident energetika ilə bağlı qanunu təsdiqlədi  |     14:00 UEFA “Qarabağ”la oyunda baş verənlərə görə “Olimpiya”nın şikayətini rədd etdi  |     13:20 Şahmatçılar Vüqar Həşimovu ziyarət edəcək  |     12:15 "Qalatasaray"ın məşhur futbolçusu Hadise ilə eşq yaşayırmış - FOTO  |     11:14 Dövlət Agentliyinin sədri ASAN könüllüləri ilə görüşüb - FOTO  |     22:05 Bu yığma Azərbaycanla qarşılaşmaq istəmir  |     21:45 "Qarabağ" dan böyükhesablı qələbə  |     21:10 Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB  |     18:45 Xoşqədəm: “Baləli, məni əsəbləşdirmə, səni elə itirərəm ki,..."  |     16:55 Ərdoğanın müavini Azərbaycanda səfərdədir  |     16:30 Karate üzrə Azərbaycan çempionatına yekun vuruldu - FOTO  |     14:57 AVARÇƏKƏNİMİZ DAHA BİR NÜFUZLU YARIŞDA QALİB OLDU  |    
CityNews.az » Son xəbərlər » Ferhat Göçer Bakıda “Qarabağ Azərbaycandır” dedi - FOTO

Son xəbərlər / Maqazin

Ferhat Göçer Bakıda “Qarabağ Azərbaycandır” dedi - FOTO


Türkiyəli sənətçi, mahnıları ilə qəlblərə yol tapan tapan Ferhat Göçer 22 sentyabrda Bakıda konsert proqramı ilə çıxış edib.



CITYNEWS.AZ xəbər verir ki, Anadolu Events – in təşkilatşılığı, ilə baş tutan gecəyə Heydər Əliyev Sarayı ev sahibliyi edib.

2 saat davam edən musiqili proqramda, o, bir-birindən çox sevilən mahnılarını ifa edərək sevənlərinə xoş anlar yaşadıb. 

“Yıllarım Gitdi”, “Kalb kalbe karşı”, “Ayrılsak ölürüz biz” və digər hitləri böyük alqışla qarşılanıb.

Çıxışdan əvvəl jurnalistlərin suallarını cavablandıran ifaçı son zamanlarda Qarabağda baş verən hadisələrəndən təsirləndiyini bildirib və şəhid ailələrinə başsağlığı verib. 

Türkiyə və türk xalqı olaraq daim Azərbaycanın yanında olduğunu, qələbənin hər zaman Azərbaycana məxsusluğunu dilə gətirib.

Konsert sırasında da yüksək hiss-həyəcanla Qarabağın hər bir qarışının Azərbaycanın əvəzolunmaz torpağı olmasını və heç bir qüvvənin onu ala bilməyəcəyini vurğulayan Göçer “Qarabağ Azərbaycandır, Can Qarabağ” deyərək ifasına davam edib.