Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » 44-ü əbədiləşdirən ZƏFƏR: 3-cü ildönümü

Əsas / Son xəbərlər / Siyasət / Ordu

44-ü əbədiləşdirən ZƏFƏR: 3-cü ildönümü


Azərbaycan tarixin ən çətin sınaqlarından çıxıb. Belə bir taleyüklü proseslərdən növbətisi 3 il əvvəl yaşandı. XX əsrin 80-ci illərinin sonları - 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə çıxış edərək ölkəmizə qarşı hərbi təcavüzə başladığı və nəticəsi hər kəsə bəllidir. Həmin dövrdə Azərbaycan hakimiyyətində hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20 faizini işğal etdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin düşdü. Bu vəziyyət uzun müddət davam etdi.

Azərbaycan dövlətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsı təklifləri uzun illər nəticəsiz qaldı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 2020-ci ilə kimi icra edilməmiş qaldı. Ermənistan işğalçı qüvvələri nə işğala məruz qoyduğu ərazilərimizi qeyd-şərtsiz tərk etdi, nə də ona bu məsələdə beynəlxalq təhsisatlardan bir təzyiq göstərib, gözün üstə qaşın var deyənə rast gəldik.

İş o həddə çatdı ki, Ermənistanın bu cəzasızlıq prosesi sindroma çevrildi və rəsmi İrəvan Azərbaycana qarşı yeni ərazi iddialarına düşməkdən, yeni işğal planları və təxribatlar hazırlamaqdan belə çəkinmədilər. 30 ilə yaxın bir müddətdə işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın bu iştahının arxasında dayanan qüvvələr Azərbaycan ərazilərində ikinci bir qondarma "respublikanın" qurulması, onun legitimlik qazanması üçün əllərindən gələni etdilər.

Amma Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Üç onillik ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Vtətən müharibəsinin başladığı tarixə kimi son 18 ildə Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş "münaqişə" ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan usanmadı.

Çünki nə Azərbaycan xalqı, nə də dövləti bu işğalçılıqla barışa bilməzdi. 2019-cu ildən Ermənistanın rəhbərliyinin mütəmadi verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmağa xidmət edirdi. Bu da Nikol Paşinyan hakimiyyətinin sələflərindən fərqlənməyəcəyindən xəbər verirdi. Ermənistanın artan hərbi təxribatları, tez-tez yaşayış məntəqələrimizi atəşə tutması, döyüş mövqelərinə cəmləşən hərbi texnikanın və şəxsi heyyətin artırılmasının tərəfimizdən müşahidə edilməsi rəsmi İrəvanın növbəti müharibə hazırlığı gördüyündan xəbər verirdi.

Düşmənin diversiya qruplarının mütəmadi Azərbaycan tərəfə sızmaq cəhdləri Ermənistan Silahlı Qüvvələrinin müharibə üçün son hazırlıqları tamamlamaq məqsədi daşıdığına işarə idi. Nəticədə belə total təxribatlardan birinə cavab olaraq Azərbaycanın Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürməsi, tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir.

Bu xalq düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşadı və qələbə müjdəsini gözlədi. Müjdəni isə qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandanının rəhbərliyi altında hər bir azərbaycanlıya, qəlbi Azərbaycanla döyünən hər bir şəxsə yaşamağı nəsib etdi. Vətənin qeyrətli övladlarının qətiyyəti və xalqın fədakar mübarizəsi nəticəsində dövlətçilik irsini qoruyub saxlaya bildi. Ordumuzun şücaəti, Müzəffər Ali Baş Komandanın qətiyyəti və iradəsi imkan verdi ki, Azərbaycan 44 gün çəkən İkinci Qarabağ müharibəsindən tarixi Zəfərlə ayrılsın. Beləcə, 30 illik işğala son qoyuldu, xalq olaraq üzərimizdəki qara ləkə götürüldü, Azərbaycan özü məhz BMT TŞ-nin 4 qətnaməsini öz Ordusu hesabına icra etdi.

Azərbaycan 200 il ərzində ilk dəfə idi ki, hansısa işğal olan ərazisini geri alırdı. Bunun üçün uzun illər düzgün stratji yol xəritəsi, düşünülmüş siyasət və qətiyyətli qərarlar olduqca önəmli idi. Azərbaycan xalqı, Ordusu məhz dövlətinin ətrafında bir yumruq kimi sıx birləşərək o illər ərzində güclü Azərbaycanın formalaşmasında irəliyə doğru çox vacib addım atıldı. Onun nəticəsidir ki, 44 günlük müharibənin üzərindən cəmi 3 il keçməsinə baxmayaraq Azərbaycan geridə qalan günlər ərzində (19-20 sentyabr) Rusiya sülhməramlı komtingentinin müvəqqəti nəzarət zonasında keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bu gün tam olaraq Qarabağa nəzarəti bərpa edib. Bu, çoxları üçün bir yuxu idi, amma Azərbaycan bunun öhdəsindən gəlməyi bacardı.

Təhməz Əsədov
TREND