Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Son xəbərlər » “ABAD” - 7 yaş

Son xəbərlər / Cəmiyyət

“ABAD” - 7 yaş


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxsin fəaliyyətə başlamasının 7 illiyinə həsr olunan tədbir keçirilib. 

"Quba ABAD Factory" İstehsalat Kompleksində baş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və digər qonaqlar iştirak ediblər. 

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasətdən, regionların inkişafına, mikro, kiçik və orta sahibkarlığa dəstək mexanizmlərindən söz açılıb. Eyni zamanda “ABAD” vasitəsilə 7 il ərzində ölkəmizin müxtəlif regionlarında yaşayan şəxslərə dəstək göstərilməklə onlara məxsus minlərlə çeşiddə sənətkarlıq, ərzaq və digər müxtəlif növ məhsulların satışa çıxarıldığı diqqətə çatdırılıb.  

Vurğulanıb ki, 11 oktyabr 2018-ci il tarixində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Quba “ABAD Factory”dən 5 il ərzində 15 “ABAD”çı ailəsi yararlanıb, onların istehsal etdiyi 83 çeşid məhsul satışa çıxarılıb. 

Sonda şokolad istehsalı sahəsinin işə salınması baş tutub. 

“ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. “ABAD” ölkəmizin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir. 

Bu günə kimi “ABAD” vasitəsilə  579 ailəyə dəstək göstərilib.  Onlardan 443-ü sənətkarlıq, 118-i qida və 18-i digər istiqamətlərdir. Satış dinamikası göstərən "ABAD"çılar arasında orta aylıq gəlir 500-1000 AZN arasında dəyişir.