Valyuta məzənnəsi:
20:43 Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO  |     20:33 Meyxanaçı Samirənin müğənni qızının səhnə performansı GÜNDƏM OLDU - VİDEO  |     20:05 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi – FOTO  |     20:02 Toyda azərbaycanlı müğənninin başına İŞ GƏLDİ: İşıqları söndürsələr də... - VİDEO  |     19:10 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     18:50 Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO  |     17:44 Elməddindən "Komedixana"nın aktyorlarına ATMACA: "Kişi göbək rəqsi edər?" - VİDEO  |     17:20 Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO  |     16:48 Daha bir prospektdə velosiped yolu salınır  |     16:34 Prezident: Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik  |     16:28 İlham Əliyev: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib  |     16:01 Şəbnəm vəfat edən prodüserinin məzarı başında GÖZ YAŞI TÖKDÜ - VİDEO  |     22:31 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli oldu  |     20:44 Könül Kərimovanın oğlu ailə quracağı xanımdan DANIŞDI - VİDEO  |     20:35 Anaxanım İsmayılova erməni rəqibini məğlub edib  |     19:53 Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO  |     19:28 İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə!  |     19:15 Millimizdən iki pilləlik irəliləyiş  |     18:08 Prezident: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq  |     17:55 Birinci sinfə qəbulda bu halda imtina verilə bilər  |    
CityNews.az » Cəmiyyət » Zamiq Naxçıvanda solo konsert verdi

Cəmiyyət / Maqazin

Zamiq Naxçıvanda solo konsert verdi


Müğənni Zamiq Hüseynov Naxçıvanda solo konsert verib. 

Sənətçi Saat Meydanında təşkil olunan gecə üçün özəl hazırlaşıb. 

Belə ki, meydanda quraşdırılan səhnənin dekorasiyası, işıqlar və səs avadanlıqları Bakıdan gətirilib. Zamiqin komandasına daxil olan 30 nəfər tədbirə cəlb olunub. 
Bundan əlavə, sənətçi gecə üçün xüsusi repertuar seçib. O, pərəstişkarları üçün 1 saat 45 dəqiqə ərzində 20 hitini səsləndirib. Onu səhnədə öz ansamblı və 4 rəqqas müşayiət edib. Həmçinin pop ifaçısı səhnədə iki fərqli geyimdən istifadə edib. 

Zamiq konsertdə mahnılarını canlı səsləndirib. Müğənni "Sən necə də gözəlsən...”, “Kaman”, “Bəyaz mələyim”i ifa edən zaman anşlaq yaşanıb. 

O, Naxçıvan konsertdən əvvəl KİV nümayəndələrinin suallarını cavablandırıb.  Sənətçi qeyd edib ki, Heydər Əliyev Sarayındakı repertuarına əlavələr edərək açıq hava konsertinə uyğunlaşdırıb. 

“Heydər Əliyev Sarayındakı özəl konsertimdə repertuara daxil olan bəzi mahnıları yenə səsləndirəcəyik. Daha sonra rəqs qrupları cəld etmişik. Çalışmışıq ki, saraydakı konsertin yaxşı tərəfini açıq hava konsertinə uyğunlaşdıraq. Mahnılarımı canlı ifa edəcəm. Bir-iki mahnını fonoqram səsləndirəcəm. Çünki hazırlamağa vaxtımız olmadı. Geyimlər üzərində yenə özüm çalışmışam. Səhnədə istədim ki, ağ və rəngarəngliyin vəhdəti təşkil olunsun”.

Bundan əlavə, ifaçı hər bir sənətçinin konsert və toylarda canlı mahnılar oxumasının tərəfdarı olduğunu bildirib:

“Sevindirici haldır ki, indi sənətçilərin əksəriyyəti konsertlərdə canlı ifa edir. Hətta toylarda da belə addım atırlar. Mənə elə gəlir ki, sənətçilərin öz ansamblı olmalıdır. ZH qrupu ilə artıq 15 ildir ki, bir yerdə çalışırıq. Bir-birimizə baxanda belə nə istədiyimizi bilirik. Bu səbəbdən deyirəm ki, hər bir ifaçının belə ansamblı olsa, toylara öz qrupları ilə gedərlər. Canlı ifada tamaşaçılara xüsusi enerji gedir. Fonoqramda bunu ala bilmirlər. Canlı tamam başqa bir şeydir. Məncə müğənnilər buna diqqət yetirməlidirlər.  Toy qonorarlarını artıq alsınlar, amma öz komandası ilə getsinlər”. 

Zamiq toy və böyük tədbirlərdə bütün işlərlə özünün maraqlandığını söyləyib:

“Böyük bir komandamız olsa da, hər şeylə özüm maraqlanıram. Bəzi hallarda axsamalar olur. Özüm o halda məsələyə qarışıram, çatışmazlıqları aradan qaldırıram. Bu zaman əziyyət çəkirəm.  Konsert, toyqabağı əsəb keçirirəm. Bir az haldan düşürəm, fikrim başqa yerə yönəlir. Əslində mən bu tədbirlərdə sadəcə ifa haqqında fikirləşməliyəm. Bu, bir az məni yorur, arxaya atır. İstəyərdim ki, daha da böyüyək. Yaxın gələcəkdə yaxşı planlarım var”.

Müğənni artıq bir ifaçı götürərək onu yetişdirmək barədə düşündüyünü deyib:

“İstəyirəm ki, solo ifaçı götürüb yetişdirim.  Belə bir planım var. Məsələ belədir ki, hər bir sənətçi müəyyən yaşdan sonra estafeti başqasına verməlidir. Bizdən qabaq var idi, bizdən sonra da olacaq. Bu məsələlərə real baxmaq lazımdır. Düşünmək lazımdır ki, gələcəkdə yerin yaxşı olsun və gənclər sənin haqqında yüksək fikirdə olsunlar.  Örnək olmaq lazımdır”. 

Zamiq bölgələrdə insanların keyfiyyətli musiqilərə qulaq asmağı üçün konsert turların təşkil olunacağını da vurğulayıb:

“Naxçıvandan sonra digər regionlarda konsert turu təşkil etmək fikrindəyəm. Bilirəm ki, bölgələrdə yaxşı şərait var. Oradan qazanc güdmürəm. Sadəcə olaraq insanlara yaxşı musiqini aşılamaq istəyirəm. 

Bəzi bölgələrin insanları bayağı musiqiyə meyilləniblər. İstərdim ki, onlar da tez-tez əsl Azərbaycan popunu və klassik musiqilərimizi dinləsinlər”.

///Qafqazinfo