Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Son xəbərlər » “Onun tutulmağına sevindim”

Son xəbərlər / Maqazin

“Onun tutulmağına sevindim”



"Gəncəyə İskəndər raketi atıb, orada sivil insanları öldürən, o  şərəfsiz cani dəstəsinə rəhbərlik edən Araik Arutyunyanı tutub, Bakıya gətiriblər! Adın batsın Araik! Çox sevindim! Bütün günahkarlar tezliklə öz cəzalarını alacaqlar. Biz hər şeyi qanuni yolla, hüquq müstəvisində həll edirik. O cinayətkarlar bu günü də fikirləşməli idilər. Raket atılandan sonra doğma Gəncəmə getdim və baş verənləri öz gözlərimlə gördüm. Mənim üçün çox ağır mənzərə idi. İnanın, mən orada evləri dağılan sakinlərlə həmsöhbət oldum. Hamısı bir ağızdan deyirdi ki, evim-eşiyim qurban olsun Ali Baş Komandana, əsgərlərimizə, sərhəddə duran hərbçilərimizə. Çox şükür Allaha biz qalib xalqıq. Bu gün Xankəndindən görüntülər paylaşırlar, Xocalı aeroportundan onların bayraqları endirilib, öz bayrağımız asılıb. Allah təala insanı etdiyi günahların bu dünyada cəzasını vermədən aparmır"
 

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib. O daha sonra həmkarı, aktrisa Xanım Qafarovanın anası Gövhər xanımın xəstə yatağında olduğunu bildirib.
 
" "Elgizlə izlə" verilişi hörmətli deputatımız Qənirə xanıma həsr olunmuşdu. Qənirə xanım Xanım Qafarovaya da vaxtilə çox köməklik etmişdi. Hətta qızı Gövhəri himayəsində saxlayırdı. Gövhər özü də etiraf edir ki, Qənirə xanım ona mənəvi analıq edib. Gövhər dünən verilişdə dedi ki, nənəm yıxılıb, ayağı qırılıb. Xəbəri eşidən kimi Xanım Qafarovanın anasının yanına getdim. Şükür Allaha ev şəraitində gəzir. Gözdən fiziki qüsurlu olan qızı ona baxır. Yenə də yanına gedəcəm" deyə aktrisa bildirib.
 
Kübra Əliyeva illər sonra filmə çəkildiyini də söyləyib.
 
"Bilirsiniz ki, mən illərdir ki, nə teatrda çalışıram, nə də filmlərdə çəkilirəm. Bu müddət ərzində seriallardan, filmlərdən hətta teatrlardan çox dəvətlər gəlib. Mən o kitabı çoxdan bağlamışdım. Həm də sağlamlığım kamera qarşısına keçməyə imkan vermirdi. "Azərbaycan film Akademiyası"-nın təsisçisi Zaur Tahirsoy məni çəkdikləri "Çılğın sinif" serialına dəvət etdi. Orada müəllim rolunu oynadım. Məni çox gözəl, hörmətlə, izzətlə qarşıladılar. Çəkilməyimin məqsədi yeniyetmələrə, gənclərə dəstək olmaq idi. İnanın Allaha orada elə istedadlı gənclər var ki. Mən onların gələcəyinə inanıram. Məşqlərinə də gedib baxacam. Ondan başqa Xəzər tv-də yayımlanan "Komedixana" ya da çəkildim. Orada falçı rolunu oynadım. Ara-sıra vaxt aparmayan, çəkilişləri az çəkən ekran işlərində görünəcəyəm" deyə sənətkar bildirib.