Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » Diana Əhədpur xərçəngə yoluxdu - FOTO

Əsas / Son xəbərlər / Maqazin / Dəb

Diana Əhədpur xərçəngə yoluxdu - FOTO


Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur Sausan Cəfərovanın "Youtube" layihəsində qonaq olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Diana onda xərçəng aşkarlandığını açıqlayıb. O bildirib ki, 3 ay İstanbulda müalicə alıb:

"Bunu heç yerdə danışmamışam. Ancaq yaxınlarım bilirdi. Anam belə ən sonda öyrəndi. Gizlədə bilmədim. Məndə limfoma (limfa düyünlərinin şişi) aşkarlandı. İndi danışmağım mənim kimi olan hansısa bir qıza mənəvi dəstək ola bilər. Heç bir göstərici yox idi. İldə bir dəfə müayinədən keçirəm. Müyinə zamanı aşkarlandı. Uzun müddət İstanbulda yaşadım, şiş götürüldü, kimyaterapiya aldım. Öldürməyən şey səni daha güclü edir. Güclü insanam. Mən ona düşüncələrimlə qalib gəldim. Onu elə qarşıladım ki, sanki yüngül soyuqdəyməm var. Heç ürəyimə almadım. Yaxınlarım daha çox ağladı.

Həkimlər xərçəng olduğumu deyəndə gözümdən bir damcı yaş düşdü. Düşündüm ki, bu, məndə aşkarlandı, övladımda yox. Bilirdim ki, hər şey keçəcək. 3 ay İstanbulda qaldım, həftədə bir dəfə kimyaterapiyaya və radioşüaya gedirdim. Düşüncəmdən xəstəliyi tamam çıxartdım. Aprelin 30-da yenidən müayinələrin cavabı çıxdı. Xəstəlikdən əsər-əlamət qalmadığı deyildi. Həkimlər belə təəccüblənmişdi".

O, əlavə edib ki, xəstəliyi ərəfəsində tək qalıb:

"Valideynlərim, həyat yoldaşım buna etiraz etdi. Dedim ki, sizin üzülən sifətinizi görmək məni daha pis edəcək. Anlayışla qarşılamalarını və məni tək qoymalarını istədim. Hərdən rəfiqələrim yanıma gəlirdi. Amma çox vaxt tək olurdum. İstəmədim insanların mənə ağlayan, üzgün gözlə baxmasını görüm".

Qeyd edək ki, Diana iran əsilli biznesmen Manuçehr Əhədpurla ailəlidir. Birləşmiş Ərəb Əmirliyində yaşayan Diananın bir oğlu var.