Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Son xəbərlər » Çempionlar Liqasında tarixi rekordlar qeydə alındı - STATİSTİKA

Son xəbərlər / Əsas / İdman

Çempionlar Liqasında tarixi rekordlar qeydə alındı - STATİSTİKA


UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin II turuna yekun vurulub.

Report xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən gün E, F, G və H qrupunda keçirilən oyunlardan sonra maraqlı statistik göstəriciləri açıqlayıb.

Baş tutan qarşılaşmalar bəzi tarixi rekordlarla yadda qalıb.

- Fransa klubu PSJ-ni üstələyən İngiltərə təmsilçisi "Nyukasl" (4:1) Çempionlar Liqasında ən böyükhesablı qələbəsini qazanıb. Bu həm də parislilərin 2004-cü ildən bəri qrupdakı ən böyükhesablı yenilgisidir. Fransızlar həmin vaxt İngiltərənin "Çelsi" klubuna 0:3 hesabı ilə uduzmuşdular. PSJ ÇL-də sonuncu dəfə 2017-ci ildə 4 və daha çox qol buraxıb. Komanda 2016/2017 mövsümünün 1/8 final mərhələsində İspaniya "Barselona"sına 1:6 hesabı ilə məğlub olmuşdu.

- PSJ-nin baş məşqçisi Luis Enrike son 3 səfər matçının hamısında komandasının 3 və daha çox qol buraxmasına üzülüb. Onun rəhbərliyi altında 2017-ci ildə "Barselona" rəqib meydanında PSJ-yə 0:4, İtaliyanın "Yuventus" komandasına isə 0:3 hesabı ilə yenilib.

- İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Fil Foden ÇL-in ardıcıl 6 fərqli mövsümündə qol vurmağı bacarıb. İndiyə qədər cəmi 9 ingilis oyunçu bunu bacarıb. Ancaq heç biri bu göstəriciyə gənc yaşda nail olmayıb.

- Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə qolsuz bərabərə qalan İtaliya "Milan"ı I turda da eyni nəticə ilə yadda qalmışdı. "Rossonyerlər" turnirin ilk iki matçında qolsuz heç-heçə edən 4-cü komanda olub. Ona qədər 1993/1994 mövsümündə "Qalatasaray" (Türkiyə), 2002/2003-də AEK (Yunanıstan), 2005/2006-da isə "Vilyarreal"ın (İspaniya) ilk iki matçında qol qeydə alınmayıb.

- "Milan" ÇL-də ardıcıl 4 oyundur qol vurmur. Bu, onların turnir tarixində ən uzun qolsuzluq seriyasıdır.

- İspaniyanın "Atletiko" klubu doğma meydanda Niderland təmsilçisi "Feyenoord" önündə 1:2 hesabı ilə geri düşsə də, sonda 3:2-lik qələbə qazanıb. Madridlilər ikinci dəfə bu şəkildə geridönüş etməyi bacarıb. İlk dəfə 2020-ci ildə "Zaltsburq"la (Avstriya) matç eyni ssenari ilə keçib.

- "Feyenoord"la qarşılaşmada "Atletiko"nun hücumçusu Alvaro Morata dubla imza ataraq, ÇL-də ümumi qol sayını 25-ə çatdırıb. O, 1955-ci ildən bəri baş tutan turnir tarixində 25 qol həddini keçən 4-cü ispaniyalıdır. Daha əvvəl Raul Qonsales (71 qol), Fernando Moryentes (39), Pako Gento (31) bunu bacarıblar.

- Tarixdə ilk dəfə 4 yaponiyalı futbolçu Çempionlar Liqasının bir oyununda start heyətində meydana çıxıb. "Seltik" (Şotlandiya) - "Latsio" (İtaliya) qarşılaşmasında meydan sahiblərinin heyətində Reo Hatate, Hyun-Yun Yan və Kyoqo Furuhaşi, qonaqlarda isə Daiçi Kamada ilk dəqiqələrdən mübarizə aparıblar.

- II turun 8 oyununda ilk qolu buraxan komanda sonda qalib gəlib. Turnir tarixində ilk dəfə bir mərhələdə bu qədər geridönüş olub.