Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Əsas » Prezident: Bu bəyanat yalnız gülüş doğura bilər

Əsas / Son xəbərlər / Siyasət

Prezident: Bu bəyanat yalnız gülüş doğura bilər


Fransanın Azərbaycanın ünvanına çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub.

 AZƏRTAC bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə deyib.

"Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Hələ Fransanın Afrikada, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlərini demirəm. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Azərbaycan və şəxsən mənim tərəfimdən bu məsələ Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə Qoşulmama Hərəkatının sammitlərində qaldırılıb və qanlı müstəmləkə keçmişi olan və hətta bu gün bəzi Afrika ölkələrinin nə qədər səy göstərsələr də, xilas ola bilmədikləri bu ölkə bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu, absurddur", - deyə dövlətimizin başçısı bildirib.