Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Son xəbərlər » Red Bull Car Park Drift yarışı ikinci dəfə Bakıda keçiriləcək

Son xəbərlər / Maraqlı / Texnologiya / İdman

Red Bull Car Park Drift yarışı ikinci dəfə Bakıda keçiriləcək



22 Oktyabr Dənizkənarı Bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından biri olan “Red Bull Car Park Drift”in Azərbaycan üzrə milli finalı keçiriləcək.


CITYNEWS.AZ xəbər verir ki, seçiləcək qalib, yəni ən yaxşı drifter, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı Qətərdə təmsil etmək üçün yola düşəcək.

 

Azərbaycan Avtomobil Federasiyasının təşkilatı dəstəyi ilə keçirilən və özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən bacarıqlı 16 nəfər iştirakçı Milli Final mərhələsinə yüksələcək. Burada isə, beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaxşı drift göstərən iştirakçını maksimum balla qiymətləndirməklə qalib elan edəcək.  

 

2012-ci ildə Abu-Dabidə ən uzun drift edərək adını Ginnesin Rekordlar Kitabına yazdıran dünyaşöhrətli Abdo Feqali də yarışda iştirak edənlərə dəstək olmaq üçün Bakıya gələcək. O həmçinin 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift” yarışının da qalibidir.

 

“Red Bull Car Park Drift” yarışı “Castrol” avtomobil yağlarının, Mazda Azərbaycanın, Dənizkənarı Bulvar İdarəsinin və Turbo.az-ın dəstəyi ilə keçirilir. 

 

Tədbirin xüsusi qonağı ecazkar HİSS olacaq. O, öz yeni treki ilə drift trekində çıxış edəcək.

 

Bu il, tamaşaçıların yarışı daha rahat izləmələri üçün tribunalara bilet satışı həyata keçirilir.

Biletləri iticket.az saytından və ya şəhərin kassalarında əldə edə bilərsiz.

 

Əlavə olaraq, seyr edənlərin əyləncəli vaxt keçirməsi üçün tədbirin ərazisində müxtəlif aktivliklər nəzərdə tutulub. Odur ki, bütün drift həvəskarlarını 22 oktyabr, saat 14:00-da Dövlət Bayrağı Meydanının parkinq ərazisində gözləyirik.  

 

Biletləri əldə etmək və ya ətraflı məlumat üçün: Red Bull Car Park Drift