Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Əsas » Əsir hərbçilərimizdən yeni xəbər - Açıqlama - FOTO

Əsas / Son xəbərlər / Ordu / Cəmiyyət

Əsir hərbçilərimizdən yeni xəbər - Açıqlama - FOTO


Sonuncu dəfə sentyabr ayında BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına baş çəkiblər. Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqələri yaradılıb.

Bu sözləri Axar.az-a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Aqşin Qabil oğlu Bəbirov və Hüseyn Əhliman oğlu Axundov ilə bağlı danışarkən deyib.

"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - Hüseynova bildirib.

Qeyd edək ki, 2023-cü ilin aprelində Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan ərazisində keçib.

Hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb və onlara qarşı saxta ittihamlar irəli sürülüb. Aqşin Bəbirov 11,5, Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.