Valyuta məzənnəsi:
15:18 Günay efirdə göz yaşlarına "QƏRQ OLDU" - VİDEO  |     15:05 Şəhərin mərkəzində binadan ŞƏLALƏ AXIR - VİDEO  |     14:45 "Mən Vəfa kimilərinin hesabına bu yerlərə gəlməmişəm" - VİDEO  |     14:02 Nuranın oğlanları toy etmədən EVLƏNDİ - VİDEO  |     13:11 ŞOU-BİZNES Balaəli tıxacda lüks avtmobili ilə BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO  |     12:28 Aparıcı efirdə GİLEYLƏNDİ: "Kaş mənim nənəm də..." - VİDEO  |     12:03 "O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO  |     10:43 Nəfəs və Zeynəb bahalı avtomobillərində BELƏ GÖRÜNTÜLƏNDİLƏR - VİDEO  |     18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |    
CityNews.az » Əsas » Qurbanov bu mükafatı qazanan ilk azərbaycanlı oldu

Əsas / Son xəbərlər / İdman

Qurbanov bu mükafatı qazanan ilk azərbaycanlı oldu


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Beynəlxalq Feyr Pley Komitəsinin (CİFP) oktyabrın 21-i Macarıstanın paytaxtı Budapeştdə keçirəcəyi tədbirə yollanacaq.

"Qafqazinfo" xəbər verir ki, təcrübəli çalışdırıcı oktyabrın 20-də "Turan Tovuz"la səfər qarşılaşmasından dərhal sonra Budapeştə yola düşəcək.

Qurbanov "ədalətli oyun" prinsiplərinə görə verilən dünyanın ən nüfuzlu idman mükafatına layiq görülüb və bunu qazanan ilk azərbaycanlı kimi idman tariximizə düşüb.

"Jean Borotra World Fair Play Career" mükafatını 2022-ci ilin yekunlarına əsasən dünyada Qurban Qurbanovla birgə cəmi 4 nəfər - amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunay qazanıb.

Ötən il Qurbanov UEFA Konfrans Liqasının "Qarabağ" - "Marsel" oyununda İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirməsi ilə yadda qalmışdı. O, karyerası ərzində daha bir neçə dəfə ədalətli oyun jestləri ilə seçilib. O cümlədən, 2015/16 futbol mövsümündə "Qarabağ"ın Azərbaycan çempionatının 7-ci turunda "İnter"lə oyununda hakimin rəqib qapısına təyin etdiyi yanlış penalti zərbəsini Elvin Məmmədova qola çevriməməyi, 2018-ci ildə isə Antalyada "Kuban"la matçda hakimin "Qarabağ"ın lehinə verdiyi daha bir səhv penaltini Mahir Emreliye qapının yanından vurmağı tapşırıb.

Bütün bunlar Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında Beynəlxalq Feyr Pley Komitəsinə göndərilib.

AİJA Qurbanovu 2022-ci ildə dünyanın ən ali iki feyr pley mükafatına - bir jest üçün nəzərdə tutulan "Pierre de Coubertin World Trophy" və karyerası ərzində daim ədalətli oyun prinsiplərinə sədaqətinə görə verilən "Jean Borotra World Fair Play Career" namizədliyini irəli sürmüşdü.