Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Son xəbərlər » Nazilə Səfərliyə qarşı fırıldaq: “Dedi ki, kartımdan pul çəkilir...”

Son xəbərlər / Maqazin

Nazilə Səfərliyə qarşı fırıldaq: “Dedi ki, kartımdan pul çəkilir...”


Tanınmış şairə Nazilə Səfərli özünü Kapital Bankın əməkdaşı kimi təqdim edən Zöhrab Ağayev adlı şəxs tərəfindən aldadılıb. 

Pravda.az xəbər verir ki, bu barədə "İnstagram" səhifəsində paylaşım edən N.Səfərli vətəndaşlara çağırış edib. 

"Hər halda bu, təkcə mənim başıma gəlməyib. Özünü Kapital Bankın əməkdaşı kimi təqdim edən Zöhrab Ağayev adlı şəxs mənə Şri-Lanka nömrəsi ilə zəng edib bildirdi ki, mənim bank kartıma hansısa 77 nömrəsi ilə müdaxilə olunub. Sual verdilər ki, bu, sizə tanış deyil? Dedim ki, yox. Qarşımdakı insan fikrini ifadə edəndə dinləmə qabiliyyətim var. Onu tam dinlədim. Sözündən belə çıxdı ki, mənim kartıma müdaxilə olunub, kartımdan pul çəkilir. O, tam fikrini ifadə edəndən sonra dedim ki, Zöhrab Ağayev, mənim, ümumiyyətlə, Kapital Bankda hesabım olmayıb, Kapital Bankla heç bir əlaqəm yoxdur. Və dərhal sağollaşdı, dəstəyi asdı. Başa düşdüm ki, təzə dolandırıcılıq növləri gəlib bizə qədər çatıb. Ehtiyatlı olun. Bu barədə lazım olan yerlərə məlumat vermişəm. Amma sizə belə bir zəng gəlsə, nəbadə kartınızın seriyasını, üç rəqəmi göstərəsiniz...", - o deyib.