Valyuta məzənnəsi:
17:30 Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək  |     16:41 İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib  |     16:18 Qara Qarayev "Neftçi"dən ayrılıb - RƏSMİ  |     15:15 iPhone 16 Azərbaycana gətirildi - "Çeşka" qiymətinə satılır  |     15:00 Türkiyədə qəribə GÖRÜNTÜ: Bara gedən rus qızı şok oldu - VİDEO  |     14:36 Ağdamda “İmarət” stadionunun təməli qoyulub  |     14:08 "Altı-bazar yanıma gəl, nə deməkdir?" - VİDEO  |     13:50 DYP-dən sürücülərə XƏBƏRDARLIQ  |     13:25 Millimiz FİFA reytinqində gerilədi  |     13:20 “Kəpəz”in yeni transferi: “Bunu qarşılanmağımdan hiss etdim”  |     12:23 Nigar idman zalından VİDEO paylaşdı  |     09:36 Səmradan maraqlı paylaşım - VİDEO  |     09:06 Çempionlar Liqası: “Mançester Siti”dən xal itkisi, PSJ son dəqiqədə sevinib  |     08:15 Çempionlar Liqası: “Seltik"dən darmadağın, "Borussiya"dan səfər qələbəsi  |     21:32 “Bu, Qərb ölkələri üçün biabırçılıqdır” - İran lideri  |     20:30 Ana və qızı eyni anda DOĞDU - VİDEO  |     20:22 Quterreş Livandakı partlayışlardan danışdı  |     20:20 Narin cinayətində ağlasığmaz iddia - DETALLAR  |     20:10 ÇL: Oyunları yayımlayacaq kanallar  |     19:38 İsraillə müharibəyə hazırlıqla bağlı tapşırıq verildi  |    
CityNews.az » Son xəbərlər » Ferrari yeni yarış avtomobilini hazırladı - FOTOlar

Son xəbərlər / Dünya / Texnologiya / Maraqlı

Ferrari yeni yarış avtomobilini hazırladı - FOTOlar


Ferrari 296 Challenge kupesi seriyanın ilk V6 mühərrikli sportkarı, əlavə olaraq, seqment üçün bir litrə düşən güc rekorduna malik olan yarış avtomobilidir. 296 GT3 modeli kimi, yeni sportkar 3,0-litrlik V6 biturbo mühərriki ilə hərəkətə gəlir. Lakin mühərrikin hasilatı bir qədər yüksəkdir - 600 at qüvvəsi və 710 Nm-ə qarşı 700 at qüvvəsi və 740 Nm. Özü də, italyanlar bu göstəriciləri hibrid üstqurumu olmadan əldə ediblər.

Milli.Az autograph.az-a istinadən xəbər verir ki, Ferrari 296 Challenge sportkarı Ferrari Challenge Trofeo Pirelli monokuboku üçün istehsal edilən doqquzuncu model, həmçinin yarış seriyasının V6 mühərrikli ilk avtomobilidir. O, texniki cəhətdən daha çox 296 GT3 modelinə bənzəsə də, adi 296 GTB kupesinin əsasında inşa edilib.

Ən azı, onların ümumi mühərriki var: 3,0-litrlik V6 biturbo mühərriki. Güc aqreqatı 700 at qüvvəsi və 740 Nm fırlanma anı hasil edir. İtalyanlar hibrid üstqurumundan istifadə etməyiblər. Məhz bu mühərrik yeniliyi seqment üçün rekord sayılan gücün litrə olan nisbəti ilə təmin edib - bir litrə 234 at qüvvəsi.

Əlbəttə ki, işlər təkcə mühərriklə məhdudlaşmayıb - Ferrari 296 Challenge aerodinamik baxımından da sələflərini üstələyib. Aerodinamika o qədər diqqətlə işlənilib ki, aerodinamik dayaq 250 km/saat sürətində 870 kiloqrama bərabər olan yerəbasma qüvvəsi hasil edir.

Ferrari nümayəndələrinin sözlərinə görə, bu göstərici bu günə qədər monokubokda görünməmiş bir göstəricidir. Eyni zamanda, sportkar arxa təkərlərdəki əyləc gücünü daha dəqiq tənzimləməyə imkan verən ABS Evo Track kontrollerini, CCM-R Plus karbon-keramika rotorlarını və xüsusi hazırlanmış Pirelli şinlərini alıb.

Digər təfərrüatlar daha sonra açıqlanacaq. Ümumiyyətlə, 296 Challenge sportkarının dünya təqdimatı səkkiz gündən sonra, oktyabrın 28-də Finali Mondiali Ferrari tədbiri çərçivəsində baş tutacaq. Avropa və Şimali Amerika seriyasındakı yarış debütü gələn ilə planlaşdırılıb. Orada yenilik sələfi - Ferrari 488 Challenge Evo modelini əvəz edəcək.