Valyuta məzənnəsi:
20:35 Azərbaycanlı aparıcıdan MARAQLI RƏQS - VİDEO  |     20:35 Ulduz futbolçu “Çelsi”dən gedir  |     20:30 Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO  |     20:11 Atasına görə efirdə göz yaşı tökdü - VİDEO  |     19:15 Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı  |     19:08 Səmranın idman zalından paylaşımı GÜNDƏM OLDU - VİDEO  |     18:36 Zeynəb kriteriyalarını SADALADI: "Boyu elə olsun ki..." - VİDEO  |     18:06 Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb  |     17:51 Baş nazirdən su təchizatı ilə bağlı qərar  |     17:44 Damlanın estetiksiz halı - VİDEO  |     17:25 Stoltenberq: Ukrayna NATO-nun üzvü olacaq  |     17:03 Ançelotti Ardaya görə ulduz futbolçuların üstündən xətt çəkdi  |     16:53 "Mənə salam vermirlər" - VİDEO  |     13:25 Bakıda yeni park salınacaq  |     11:20 “Qarabağ”ın 30 oyunluq seriyası qırıldı  |     18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |    
CityNews.az » Əsas » Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirildi

Əsas / Son xəbərlər / Turizm / Cəmiyyət

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirildi


25 oktyabr 2023-cü il tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm üzrə işçi qrupunun video-konfrans formatında keçirilmiş iclası Dövlət Turizm Agentliyinin nümayəndələrinin iştirakı ilə baş tutub.

CITYNEWS xəbər verir ki, Azərbaycanın sədrliyi ilə təşkil edilmiş iclasda açılış nitqləri QDİƏT-in baş katibinin müavini Dimitrios Rallis və Dövlət Turizm Agentliyinin Aparatının rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov tərəfindən səsləndirilib.

İclasda Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin təşkilata sədrlik edəcəyi 2023-2024-cü illər üzrə Tədbirlər Planı müzakirəyə çıxarılıb. Həmçinin iştirakçı üzv dövlətlərin turizm sahəsi üzrə maraqlarına dair müvafiq məsələlərə və birgə həyata keçirilə biləcək layihələrə dair fikri mübadiləsi aparılıb, iclasın yekunların dair hesabat sənədi təsdiq edilib. İşçi qrupunun növbəti iclasının cari ilin dekabr ayında keçirilməsi qərara alınıb. 

İclasda təşkilata üzv dövlətlərdən Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Yunanıstan, Rumıniya, Rusiya, Serbiya, Moldova və Ukrayna kimi ölkələr təmsil olunublar.