Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Mədəniyyət » Kino » “CinemaPlus”da Braziliya Film Festivalının yeni buraxılışı

Mədəniyyət / Kino

“CinemaPlus”da Braziliya Film Festivalının yeni buraxılışı

Tədbir 30 oktyabr - 3 noyabr tarixlərində Deniz Mall ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında keçiriləcək

Braziliya Film Festivalı Bakıya qayıdır. Oktyabrın 30-dan noyabrın 3-dək tədbirin ardıcıl ikinci buraxılışı “Deniz Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında keçiriləcək. Festival Linhas Produções Culturais, Braziliyanın Bakıdakı səfirliyi və CinemaPlus” kinoteatrlar şəbəkəsi arasında əməkdaşlıqdır. Bu il ən müxtəlif janrlardan 5 müasir film seçilib. Seanslar hər gün saat 19:00-da başlayacaq. 

Oktyabrın 30-u, bazar ertəsi, açılış sessiyasında “Eduardo və Monika” romantik filmi nümayiş olunacaq. Film 80-ci illərdən başlayaraq bir çox nəsilləri sarsıdan Braziliya rok qrupunun eyniadlı mahnısına əsaslanır. Rejissoru René Sampaio olan “Eduardo və Monika” bir-birindən fərqli, lakin bir-biri üçün doğulan cütlüyün romantikasını göstərir. Onlar mədəniyyət, yaş və hətta zövq müxtəlifliklərinə baxmayaraq, dəlicəsinə aşiq olurlar.  Artıq beynəlxalq festivalların qalibi olan filmdə Hollivudda Matt Damon və Jodie Foster ilə "Elysium", Will Smith və Gabriel Leone ilə "Mən əfsanəyəm" (Eu Sou a Lenda), adlı filmlərdəki işi ilə də məşhur olan Braziliya kinematoqrafiyasının gənc kəşfi aktrisa Alice Braga çəkilib. 

Çərşənbə axşamı, oktyabrın 31-i növbə José Eduardo Belmontenin fantastik dramı olan "Həqiqətlər" filminə çatacaq. Polis məmuru Braziliyanın arxa ərazilərindəki kiçik bir şəhərdə baş vermiş cinayəti açmağa çalışır. Hekayə üç nöqteyi-nəzərdən danışılır: muzdlu qatil, gəlin və iş adamı. Polis məmuru ilə nişanlısı arasındakı münasibət də daxil olmaqla, hər şey hərəkətlidir, şübhə və müəmmalarla doludur.

Çərşənbə günü, noyabrın 1-i Roberto de Oliveiranın "Elis və Tom – Sadəcə səninlə olmalı idi" sənədli filmi nümayiş olunacaq. Maestro və bəstəkar Tom Jobim dünya musiqisinin ən böyük dahilərindən biri olub, “Garota de İpanema”da (İpanemalı qız) Vinisius de Moraes ilə əməkdaşlığı ilə məşhurlaşıb. Elis Regina isə Braziliya musiqisinin ən böyük ifaçılarından biri idi. Sənədli film ikilinin 1974-cü ildə Los-Ancelesdə hazırladıqları və bu ilə qədər buraxılmayan albom çəkilişlərinin pərdəarxasından bəhs edir.   

Cümə axşamı, noyabrın 2-də növbə 20-ci əsrdə Braziliyanın ən çox sevilən sənətçilərindən biri olan Pixinguinha kimi tanınan Alfredo da Rocha Vianna Filhonun həyat və yaradıcılığı haqqında Denise Saraceni və Allan Fiterman tərəfindən çəkilmiş "Pixinguinha – Nəvazişli adam" filminindir. Film onun 14 yaşında karyerasının başlanğıcından başlayaraq, qrupu ilə Parisdə keçirdiyi vaxta və həyat yoldaşı ilə münasibətlərində qədər həyatının mühüm anlarını təsvir edir.

Cümə günü, noyabrın 3-ü, bağlanış sessiyasında bir neçə beynəlxalq mükafat qazanan Renato Barbierinin real hadisələrdən ilhamlanan "Pureza" ("Saflıq") dramı nümayiş olunacaq. "Pureza" ("Saflıq") Amazonda şaxtada işləmək üçün gedən və bir daha xəbər alınmayan oğlunu ümidsizcə axtaran bir ananın hekayəsindən bəhs edir. Pureza şəhərləri gəzir, fermalara girir və kənd işçilərinin işə götürülməsi və azadlıqlarını məhdudlaşdıran qəddar bir sistemi kəşf edir. Film mübarizəsi Braziliya tarixində bütün ölkə ərazisində ilk dəfə qul əməyinə qarşı mübarizə aparan Xüsusi Mobil Təftiş Qrupunun yaradılmasına ilham verən Pureza Lopes Loyolanın əsl hekayəsindən ilhamlanıb. 

Braziliyanın Bakıdakı səfiri Manuel Monteneqro üçün festivalın ardıcıl ikinci il keçirilməsi Braziliya kinosunun uğurlarının və Azərbaycan xalqının mədəniyyətimizə marağının danılmaz sübutudur. “Biz inanırıq ki, kino müxtəlif insanların bir ölkənin mədəniyyətini daha dərindən tanıması üçün ən yaxşı yollardan biridir. Keçən il festivalın birinci buraxılışına insanlar kinoteatrları dolduranda Azərbaycan xalqının böyük marağının şahidi olmuşuq. "Biz fərqli janrlardan filmlər vasitəsilə hər kəsə öz mahiyyətimizdən bir az təqdim etmək istəyirik" deyə vurğulayır.

Linhas Produções Culturais-in direktoru Fernanda Bulhõesin sözlərinə görə, festivalın əsas qayğılarından biri təkcə yeni filmləri bir araya gətirmək deyil, həm də istehsalın keyfiyyətini və müxtəlifliyini nümayiş etdirən emosiyaların və janrların qarışığını Azərbaycan xalqına təqdim etməkdir. “Bu il, xüsusən, ictimaiyyət "Pureza" ("Saflıq") kimi real həyata əsaslanan güclü, təsirli hekayələrlə qarşılaşacaq, eyni zamanda Tom Jobim, Elis Regina və Pixinguinha kimi musiqimizin böyük simaları ilə tanış olacaq. Xüsusilə Braziliya kinosunu və mədəniyyətini sevənləri böyük sürprizlər və fərqli emosiyalar gözləyir”.