Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Mədəniyyət » Dəb » "Miss&Mr National Azerbaijan" ın final gecəsi baş tutub

Dəb / Cəmiyyət

"Miss&Mr National Azerbaijan" ın final gecəsi baş tutub


"ADDIM"-ın Mədəniyyət Nazirliyi ilə birlikdə keçirdiyi gözəllik müsabiqəsinin nəhayət ki, qalibləri müəyyənləşdi.

Magazinews.Az xəbər verir ki, "ADDIM Gənclər Təşkilat"ın keçirdiyi ölkənin ən böyük və peşəkar yeganə gözəllik yarışması - "Miss&Mr National Azerbaijan"ın final gecəsi baş tutub. 

Münsiflər heyyətində ukraynalı buker Vitalina Rozbitskaya, Gürcüstanda "Maximum"  model evinin sahibi İrina Çaxunaşvili, Moldovanın “Eurovision” təmsilçisi və Əməkdar artisti Olya Tira, türkiyəli kreativ direktor, stilist Erdi Şən, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və millət vəkili Jalə Əliyeva yer alıb.

Final gecəsində 10 qız, 10 oğlan olmaqla 20 iştirakçı yarışıb. Finalçılar modelyer Kübra Nuriyevanın “Etnike”, türk dizayneri Gülər Baysalın çimərlik geyimləri kolleksiyası və ukraynalı dizayner Katerina Lukashukın məxsusi olaraq yarışma üçün hazırlandığı kolleksiyaları təqdim ediblər.  
Yarışmanın mükafat fondu 10 min AZN təşkil edib.

Qaliblər Emil Həsənzadə və Nigar Qədirliyə ölkə xaricində xüsusi kristallarla və svarovski ilə hazırlanmış qiymətli taclar təqdim olunub.
 
Qeyd edək ki, digər nominasiyalarda qalib olan gənclərin beynəlxalq yarışmalarda və beynəlxalq moda həftələrində iştirakını "ADDIM” Gənclər Təşkilatı öz üzərinə götürüb. 

Gecədə moldoviyalı müğənnilər Olya Tira və Zamiq Hüseynov ifaları ilə qonaqları sevindirib. 

Onu da əlavə edək ki, layihəni fərqləndirən nüanslardan biri odur ki, proyekt çərçivəsində gənclərlə xüsusi test çəkimləri, modellik sənəti  üzrə beynəlxalq miqyaslı peşəkarlar tərəfindən təlimlər və s. keçirilib.

Gecənin aparıcıları İrəm Nəbiyeva və Fariz İlyasov olub.