Valyuta məzənnəsi:
16:50 CinemaPlus-da rok musiqiçisi Murat Gögebakanın həyatından bəhs edən film - VIDEO  |     22:10 Trampın filmindən ilk kadrlar FOTOlar  |     21:15 AZƏRTAC-ın əməkdaşı bu ölkəyə buraxılmadı - SƏBƏB  |     20:25 XİN-dən Cozep Borrellə CAVAB  |     19:13 Premyer Liqada ilk ayrılıq  |     18:51 “Onsuz da Zaur, Xoşqədəm insanları ağladır, səhərin gözü açılmamış...”  |     16:34 İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib - FOTO  |     15:50 Bu yolda sürət həddi endirildi  |     14:02 Prezident energetika ilə bağlı qanunu təsdiqlədi  |     14:00 UEFA “Qarabağ”la oyunda baş verənlərə görə “Olimpiya”nın şikayətini rədd etdi  |     13:20 Şahmatçılar Vüqar Həşimovu ziyarət edəcək  |     12:15 "Qalatasaray"ın məşhur futbolçusu Hadise ilə eşq yaşayırmış - FOTO  |     11:14 Dövlət Agentliyinin sədri ASAN könüllüləri ilə görüşüb - FOTO  |     22:05 Bu yığma Azərbaycanla qarşılaşmaq istəmir  |     21:45 "Qarabağ" dan böyükhesablı qələbə  |     21:10 Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB  |     18:45 Xoşqədəm: “Baləli, məni əsəbləşdirmə, səni elə itirərəm ki,..."  |     16:55 Ərdoğanın müavini Azərbaycanda səfərdədir  |     16:30 Karate üzrə Azərbaycan çempionatına yekun vuruldu - FOTO  |     14:57 AVARÇƏKƏNİMİZ DAHA BİR NÜFUZLU YARIŞDA QALİB OLDU  |    
CityNews.az » Son xəbərlər » İkinci Üzüm və Şərab Festivalının hazırlıqlarına həsr olunan tədbir keçirilib - FOTO

Son xəbərlər / Turizm / Cəmiyyət

İkinci Üzüm və Şərab Festivalının hazırlıqlarına həsr olunan tədbir keçirilib - FOTO


İkinci Üzüm və Şərab Festivalının hazırlıqlarına həsr olunan tədbir keçirilib

25-26 noyabr tarixlərində Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində keçiriləcək İkinci Üzüm və Şərab Festivalının hazırlıqlarına həsr olunan tədbir təşkil olunub.

20 şərab istehsalçısı olan müəssisələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə qonaqlara festival və şərab istehsalçılarının təqdim edəcəyi çeşidli məhsullar barədə məlumat verilib, şərabçıların yerləşmə mövqeyinə dair püşkatma mərasimi keçirilib. 

Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.

İki gün davam edəcək festival çərçivəsində şərab istehsalçılarının stendləri, şərab dequstasiyaları, yarmarkalar, musiqili-əyləncəli proqramlar və müxtəlif master-klaslar təşkil olunacaq. Festival ərazisi sərgi, əyləncə, piknik, suvenir, kulinariya kimi zonalara bölünəcək.  Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya etmək, həmçinin bəyəndikləri məhsulları əldə edə biləcəklər.

Şərab festivalın qeydiyyat iticket.az saytı vasitəsilə həyata keçirilir. Ödənişsiz qeydiyyatdan keçən şəxslərin Bakıdan Meysəri kəndinə aparılıb-gətirilməsi təşkil olunacaq. 

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır. 

Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.