Valyuta məzənnəsi:
16:50 CinemaPlus-da rok musiqiçisi Murat Gögebakanın həyatından bəhs edən film - VIDEO  |     22:10 Trampın filmindən ilk kadrlar FOTOlar  |     21:15 AZƏRTAC-ın əməkdaşı bu ölkəyə buraxılmadı - SƏBƏB  |     20:25 XİN-dən Cozep Borrellə CAVAB  |     19:13 Premyer Liqada ilk ayrılıq  |     18:51 “Onsuz da Zaur, Xoşqədəm insanları ağladır, səhərin gözü açılmamış...”  |     16:34 İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib - FOTO  |     15:50 Bu yolda sürət həddi endirildi  |     14:02 Prezident energetika ilə bağlı qanunu təsdiqlədi  |     14:00 UEFA “Qarabağ”la oyunda baş verənlərə görə “Olimpiya”nın şikayətini rədd etdi  |     13:20 Şahmatçılar Vüqar Həşimovu ziyarət edəcək  |     12:15 "Qalatasaray"ın məşhur futbolçusu Hadise ilə eşq yaşayırmış - FOTO  |     11:14 Dövlət Agentliyinin sədri ASAN könüllüləri ilə görüşüb - FOTO  |     22:05 Bu yığma Azərbaycanla qarşılaşmaq istəmir  |     21:45 "Qarabağ" dan böyükhesablı qələbə  |     21:10 Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB  |     18:45 Xoşqədəm: “Baləli, məni əsəbləşdirmə, səni elə itirərəm ki,..."  |     16:55 Ərdoğanın müavini Azərbaycanda səfərdədir  |     16:30 Karate üzrə Azərbaycan çempionatına yekun vuruldu - FOTO  |     14:57 AVARÇƏKƏNİMİZ DAHA BİR NÜFUZLU YARIŞDA QALİB OLDU  |    
CityNews.az » Mədəniyyət » Kino » CinemaPlus Bakıxanov Mall-da uşaqlar üçün bayram şənliyi keçirilib - FOTO

Mədəniyyət / Kino

CinemaPlus Bakıxanov Mall-da uşaqlar üçün bayram şənliyi keçirilib - FOTO


"Bakıxanov Mall" ticarət mərkəzində yerləşən yeni "CinemaPlus"  premium kinoteatrda uşaqlar üçün bayram tədbiri keçirilib.

Balaca qonaqlar və onların valideynləri "Happy Foodss" restoranında şam etdikdən sonra, animatorlar Nail Nəzərov və Yelena Bahabova uşaqlar üçün əyləncə proqramına başladılar.

Tədbir "Kəpənək hekayəsi" cizgi filminin nümayişi ilə başa çatıb.

Rejissor Sofi Roy. Rolları Mena Massud, Tatyana Maslani, Tristan D. Lalla və başqaları ifa ediblər.

Patrik çox qeyri-adi bir güvədir. O, çox ağıllı ixtiraçıdır. Eyni zamanda o, həyatının ən uzaq, ən həyəcanlı macərasına getməyi xəyal edir. Lakin Patrik uçmağı öyrənməyib, çünki uşaqlıqdan onun yalnız bir qanadı var. Buna görə o, hiylələrə, cəsarətli ixtiralara və sadiq dostların köməyinə müraciət etməli olacaq. Heç bir şeydə dayanmayacaq, səmada çırpınmaq və nəhayət, dünyanı yuxarıdan görmək arzusundan əl çəkməyəcək.

Tədbirin təşkilində Bakıxanov Mall Ticarət Mərkəzində yerləşən "Happy Foodss" restoranı, foto və video "Light in Black" kreativ şirkəti dəstək göstəriblər.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.