Valyuta məzənnəsi:
16:50 CinemaPlus-da rok musiqiçisi Murat Gögebakanın həyatından bəhs edən film - VIDEO  |     22:10 Trampın filmindən ilk kadrlar FOTOlar  |     21:15 AZƏRTAC-ın əməkdaşı bu ölkəyə buraxılmadı - SƏBƏB  |     20:25 XİN-dən Cozep Borrellə CAVAB  |     19:13 Premyer Liqada ilk ayrılıq  |     18:51 “Onsuz da Zaur, Xoşqədəm insanları ağladır, səhərin gözü açılmamış...”  |     16:34 İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib - FOTO  |     15:50 Bu yolda sürət həddi endirildi  |     14:02 Prezident energetika ilə bağlı qanunu təsdiqlədi  |     14:00 UEFA “Qarabağ”la oyunda baş verənlərə görə “Olimpiya”nın şikayətini rədd etdi  |     13:20 Şahmatçılar Vüqar Həşimovu ziyarət edəcək  |     12:15 "Qalatasaray"ın məşhur futbolçusu Hadise ilə eşq yaşayırmış - FOTO  |     11:14 Dövlət Agentliyinin sədri ASAN könüllüləri ilə görüşüb - FOTO  |     22:05 Bu yığma Azərbaycanla qarşılaşmaq istəmir  |     21:45 "Qarabağ" dan böyükhesablı qələbə  |     21:10 Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB  |     18:45 Xoşqədəm: “Baləli, məni əsəbləşdirmə, səni elə itirərəm ki,..."  |     16:55 Ərdoğanın müavini Azərbaycanda səfərdədir  |     16:30 Karate üzrə Azərbaycan çempionatına yekun vuruldu - FOTO  |     14:57 AVARÇƏKƏNİMİZ DAHA BİR NÜFUZLU YARIŞDA QALİB OLDU  |    
CityNews.az » Son xəbərlər » Azərbaycanda üzgüçülük növü üzrə ölkə kuboku start götürdü - FOTO

Son xəbərlər / İdman

Azərbaycanda üzgüçülük növü üzrə ölkə kuboku start götürdü - FOTO


Azərbaycanda üzgüçülük növü üzrə ölkə kuboku start götürdü. 


Bakı Su İdman Sarayında üzgüçülük növü üzrə Azərbaycan Kubokuna start verilib. Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə 4 gün davam edəcək yarışda respublikanın müxtəlif bölgələrindən hesabında 200 FİNA xalı olan 120-yə yaxın idmançı iştirak edir.

Turnirin açılış mərasimində ölkənin müxtəlif bölgələrindən və idman cəmiyyətlərindən olan  idmançıların paradı təşkil olunub. Ardınca isə Dövlət Himni səsləndirilib.

Mərasimdə Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) baş katibi Fəxri Həsənov, onun müavini Tamerlan Abdullazadə, AÜF-nin icraçı direktoru Kamran Hüseynov iştirak ediblər. 

Şəxsi xarakter daşıyan ölkə kubokunda bütün iştirakçılar sprint və stayl məsafələrdə müxtəlif növlərdə üzməklə çoxnövçülük üzrə mübarizə aparırlar. Kubok uğrunda yarışda ilk pillənin qalibindən başqa, digər yaxşı nəticələr göstərənlər də medal və diplomlarla təltif olunacaqlar.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı və Bakı Su İdman Sarayının dəstəyi ilə keçirilən yarışlar 4 gün davam edəcək, ölkə kubokuna noyabrın 19-da yekun vurulacaq.