Valyuta məzənnəsi:
16:50 CinemaPlus-da rok musiqiçisi Murat Gögebakanın həyatından bəhs edən film - VIDEO  |     22:10 Trampın filmindən ilk kadrlar FOTOlar  |     21:15 AZƏRTAC-ın əməkdaşı bu ölkəyə buraxılmadı - SƏBƏB  |     20:25 XİN-dən Cozep Borrellə CAVAB  |     19:13 Premyer Liqada ilk ayrılıq  |     18:51 “Onsuz da Zaur, Xoşqədəm insanları ağladır, səhərin gözü açılmamış...”  |     16:34 İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib - FOTO  |     15:50 Bu yolda sürət həddi endirildi  |     14:02 Prezident energetika ilə bağlı qanunu təsdiqlədi  |     14:00 UEFA “Qarabağ”la oyunda baş verənlərə görə “Olimpiya”nın şikayətini rədd etdi  |     13:20 Şahmatçılar Vüqar Həşimovu ziyarət edəcək  |     12:15 "Qalatasaray"ın məşhur futbolçusu Hadise ilə eşq yaşayırmış - FOTO  |     11:14 Dövlət Agentliyinin sədri ASAN könüllüləri ilə görüşüb - FOTO  |     22:05 Bu yığma Azərbaycanla qarşılaşmaq istəmir  |     21:45 "Qarabağ" dan böyükhesablı qələbə  |     21:10 Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB  |     18:45 Xoşqədəm: “Baləli, məni əsəbləşdirmə, səni elə itirərəm ki,..."  |     16:55 Ərdoğanın müavini Azərbaycanda səfərdədir  |     16:30 Karate üzrə Azərbaycan çempionatına yekun vuruldu - FOTO  |     14:57 AVARÇƏKƏNİMİZ DAHA BİR NÜFUZLU YARIŞDA QALİB OLDU  |    
CityNews.az » Son xəbərlər » Bred Pittə 18 yaşlı qızından böyük ZƏRBƏ - FOTO

Son xəbərlər / Əsas / Maqazin

Bred Pittə 18 yaşlı qızından böyük ZƏRBƏ - FOTO


Hollivud ulduzu Ancelina Coli və Bred Pittin 18 yaşlı qızı Zahara universitetə qəbul olub.

Musavat.com bildirir ki, tələbə yataqxanasına yazılan Zaharanın atasının Pitt soyadını istifadə etməməsi gündəm olub.

Məlumata görə, Spelman Kollecində təhsil alan Zahara Coli-Pitt "Alpha Kappa Alpha" adlı tələbə qızlar birliyinə qoşulub. Birliyə qoşulma mərasimində çıxış edən Zaharanın videosu sosial mediada qısa zamanda böyük marağa səbəb olub.

Belə ki, o, çıxışında "Mənim adım Zahara Marleydir" deyərək təqdim etdiyi soyadı ilə böyük diqqət çəkib.

Qeyd edək ki, Ancelina Coli 2005-ci ildə Zaharanı Efiopiyadakı uşaq evindən övladlığa götürüb. Bir il sonra Colinin o vaxtkı sevgilisi Bred Pitt Zaharanın adının yanına soyadının əlavə olunmasını xahiş edib. Birlikdə altı uşaq böyüdən cütlük 2016-cı ildə boşanacaqlarını açıqlayıb.

Coli və Pitt arasında qəyyumluq və mülkiyyət davaları uzun müddətdir davam etsə də, uşaqlarının hansı tərəfə gedəcəyi maraq doğururdu.