Sumqayıtda basketbol bayramına start verilib - FOTO
...
19 noyabr Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 4 -cü turunun son oyunu baş tutub. Çempionatın əsas favoriti "Sabah", "Sərhədçi" ilə üz-üzə gəlib və rəqibi üzərində 112-89 hesablı rahat qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Sabah" (Kivon Devenport - 28 xal, 8 ribaund), "Sərhədçi" (Cekson Rid - 22 xal, 7 asist)
Qeyd edək ki, 5 -ci turun oyunları ("Sərhədçi" - "Gəncə", "Xırdalan" - "NTD-INDIGO", "Cəlilabad" - "Sumqayıt", "Neftçi - "Sabah", "Şəki" - "Xəzri") 23-26 noyabr tarixləri aralığında baş tutacaq.