Valyuta məzənnəsi:
09:01 Zaur Nəbioğluna ağır İTKİ  |     23:50 Banana həsrət qalacağıq  |     23:30 "Bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin"  |     23:05 “Qarabağ” “Araz-Naxçıvan”ı məğlub etdi  |     20:30 “El Klasiko”nun qalibi “Barselona” oldu  |     20:20 "Kəpəz" "Sumqayıt"ı məğlub etdi  |     17:20 Bu xəstəliyi qəti görməzdən gəlməyin: qadınlara daha çox təsir edir  |     17:10 Xalq artistinin toyda rəqsi QINANDI - VİDEO  |     16:20 Toyda bəyin hərəkəti gəlinin xoşuna gəlmədi - elə reaksiya verdi ki... - VİDEO  |     16:10 Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar  |     15:55 "Mənə çiyin atan qız deyirdilər"  |     15:30 Ərdoğandan Putinin təklifinə REAKSİYA  |     15:16 Karateçilərimiz dünya çempionatında 4 medal qazanıblar  |     15:15 "Qarabağ" 10 pillə İRƏLİLƏDİ  |     15:10 Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür  |     15:00 "Deyir ki, yaxşı pulu var, təriflə, hörmət edəcək, o səviyyəsizin verilişinə niyə gedirdim ki..."  |     14:43 Ronaldinyo qız fanatlarının elə yerinə imza atdı ki... - VİDEO  |     14:28 Ay bitmədən gözlənilməz şad xəbərlər alacaq BÜRCLƏR  |     13:55 "Bu sözdən sonra öpə bilərsən" - VİDEO  |     13:30 Bu VİDEOnu görən elektron siqareti dərhal ATACAQ: elə hazırlanır ki... - VİDEO  |    
CityNews.az » Son xəbərlər » Gürcüstandan avtomobil idxalı niyə kəskin azalıb?

Son xəbərlər / Əsas / Cəmiyyət / Texnologiya

Gürcüstandan avtomobil idxalı niyə kəskin azalıb?


Gürcüstan Milli Statistika İdarəsinin hesabatına əsasən, Gürcüstan 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycana 371,98 milyon ABŞ dolları dəyərində 19 820 ədəd avtomobil ixrac edib.

Bu dövrdə Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin sayı 5276 ədəd və ya 21,02 faiz azalsa da, dəyəri 126,76 milyon dollar və ya 51,7 faiz artıb.  

"Artıq ölkəmizə köhnə avtomobil idxal olunmur"

Citynews.Az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan nəqliyyat sektoru üzrə ekspert Eldəniz Cəfərov, azalmanın səbəbini bir amillə əlaqələndirib: "Bu ilin mart ayında qəbul olunan yeni qaydalara əsasən, yaşı 10 ildən çox olan avtomobillərin ölkəmizə idxalı məhdudlaşdırılıb. Bu gün demək olar k, köhnə avtomobillər ölkəyə daxil olmur. Bu da qeyd edilən idxal prosesinə təsir edir".

Müsahibimizin sözlərinə görə, Gürcüstan Milli Statistika İdarəsinin hesabatı müsbət sənəddir: "Ona görə ki, ölkəmizə daxil olan yararsız avtomobillərin sayı azalıb. Bu baxımdan da Gürcüstandan gələn maşınların köhnə olduğunu düşünmürəm. Olsa da belə, bu gün əsas çoxluğu isə yeniləri təşkil edir".

"Azərbaycana nəqliyyat vasitələri əsasən Avropa və Amerikadan gəlir"

İqtisadçı-ekspert Fuad İbrahimov isə bildirdi ki, bir çox hallarda statistikanı rəqəmsal şəkildə müxtəlif istiqamətlərdən yönəltmək mümkündür: "Bir sözlə, rəqəmlərlə oynamaq və müxtəlif fikirlər formalaşdırmaq olur. Bu statistikada isə cavablar açıqdır. Yaşı 10-dan çox olan avtomobillərin idxalına məhdudiyyətlər qoyulub. Bu da onu göstərir ki, dəyəri ucuz olan maşınların idxalına icazə verilmir. Bu gün qonşu ölkə üzərindən Azərbaycana daxil olan avtonəqliyyat vasitələri əsasən Avropa və Amerikadan gəlir. Nəticədə, qiyməti müəyyən qədər baha və ətraf mühitə uyğun və müasir dövrün tələblərinə cavab verən nəqliyyat vasitələrinin idxalı isə artıb". 

Ekspert azalmanın digər səbəbini isə yanaşmaların dəyişməsi ilə əlaqələndirib: "Bu gün ölkəmizə elektromobillərin idxalı kütləviləşib. Onların da çoxu fiskal səviyyəli, yəni minimal dəyərli nəqliyyat vasitələridir. Bu baxımdan da qiymətlərdə bahalaşmanı və saylarda azalmanı görmək olur".