Valyuta məzənnəsi:
09:10 Bu gün bu yollar bağlı olacaq  |     00:05 Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib - FOTO  |     21:15 Prezident Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib - FOTO  |     17:56 Vəfadan Ülviyyəyə: "Geyimdən "travma" alıb deyəsən..." - VİDEO  |     16:45 "İstəsəm, sevgilim dünyanı ayağımın altına sərər" - VİDEO  |     15:58 Xalq artisti rejissorları BiABR ETDi: "Onlar "cinayətkardırlar" - VİDEO  |     14:00 Əhmədin qətlə yetirdiyi atası ilə birgə görüntüləri - VİDEO  |     12:20 Qar yağacaq, yollar buz bağlayacaq  |     11:45 Azərbaycanda xanımı və uşağı ölən kişinin danışığı QINANDI - VİDEO  |     10:14 "Azərbaycan xanımları bizə necə dözürlər"  |     09:10 İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib  |     23:50 Bakıda konsert verən Simge: "Ölkəmdəki insanlar xoşbəxt deyil" - VİDEO  |     09:22 Beyons sağalmaz xəstəliyə düçar oldu  |     22:45 AVARÇƏKMƏ ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİ KEÇİRİLİR  |     20:10 “Həkimi çağırın, ayaqlarımı kəssin, yaşamaq istəyirəm” - Sabrina  |     20:07 Xəzər dənizində zəlzələ oldu  |     19:25 Keniyanın Baş prokuroru "ASAN xidmət"də  |     19:20 TANINMIŞ MƏŞQÇİ AZƏRBAYCAN ŞAHMATÇILARIYLA İŞLƏYƏCƏK  |     19:15 Dj Tural: "Şəkil çəkilib paylaşmaq üçün, mən onsuz da görürəm çimərlik geyimində" - VİDEO - FOTO  |     18:21 Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib, mübarizəyə ilk olaraq qızlar başlayıb  |    
CityNews.az » Son xəbərlər » İdman » Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTO

Son xəbərlər / İdman

Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTO


Kişi boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.


Tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov çıxış edib. O bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunları öncəsi təşkil olunan çempionat böyük əhəmiyyətə malikdir: “Bu dəfə final döyüşləri tam yeni formatda və təntənəli keçiriləcək, rəsmi qonaqlar olacaq. Monteneqroda U-22-lərin Avropa çempionatında tarixi bir nəticə əldə etmişik. İlk dəfə bu yarışda 5 – 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmışıq. Görülən işlər və aparılan islahatlar sayəsində bu uğurun ardı gələcək”.

Hüseynov döyüşlərin ədalətli keçəcəyinə də inam ifadə edib. O qeyd edib ki, bunun üçün çempionata neytral referilər dəvət olunub: “Gələn il keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına qısa bir zaman qalıb. Yığmamız artıq 2 çəkidə lisenziya əldə edib. Əminik ki, burda mübarizə aparacaq boksçulardan bir neçəsi də onlara qoşulacaqlar. İnanırıq ki, komandamız Fransadan Olimpiadalarda son 30 ildə əldə edə bilmədiyi qızıl medalla dönəcək”.

ABF rəsmisi çempionatının final günündə azarkeşləri sürprizlər gözlədiyini də deyib. O bildirib ki, ən fəal tamaşaçılar arasında seçim aparılacaq və federasiyanın xətti ilə onlardan biri gələn il İtaliyada keçiriləcək Avropa çempionatına aparılacaq. Eyni zamanda, azarkeşləri digər hədiyyələr də gözləyir.

ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev yarışın əhəmiyyətindən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Ardınca torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qatılıb.


Çempionatda qaliblərin adına dekabrın 8-də aydınlıq gələcək. Final döyüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.