Valyuta məzənnəsi:
09:10 Bu gün bu yollar bağlı olacaq  |     00:05 Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib - FOTO  |     21:15 Prezident Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib - FOTO  |     17:56 Vəfadan Ülviyyəyə: "Geyimdən "travma" alıb deyəsən..." - VİDEO  |     16:45 "İstəsəm, sevgilim dünyanı ayağımın altına sərər" - VİDEO  |     15:58 Xalq artisti rejissorları BiABR ETDi: "Onlar "cinayətkardırlar" - VİDEO  |     14:00 Əhmədin qətlə yetirdiyi atası ilə birgə görüntüləri - VİDEO  |     12:20 Qar yağacaq, yollar buz bağlayacaq  |     11:45 Azərbaycanda xanımı və uşağı ölən kişinin danışığı QINANDI - VİDEO  |     10:14 "Azərbaycan xanımları bizə necə dözürlər"  |     09:10 İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib  |     23:50 Bakıda konsert verən Simge: "Ölkəmdəki insanlar xoşbəxt deyil" - VİDEO  |     09:22 Beyons sağalmaz xəstəliyə düçar oldu  |     22:45 AVARÇƏKMƏ ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİ KEÇİRİLİR  |     20:10 “Həkimi çağırın, ayaqlarımı kəssin, yaşamaq istəyirəm” - Sabrina  |     20:07 Xəzər dənizində zəlzələ oldu  |     19:25 Keniyanın Baş prokuroru "ASAN xidmət"də  |     19:20 TANINMIŞ MƏŞQÇİ AZƏRBAYCAN ŞAHMATÇILARIYLA İŞLƏYƏCƏK  |     19:15 Dj Tural: "Şəkil çəkilib paylaşmaq üçün, mən onsuz da görürəm çimərlik geyimində" - VİDEO - FOTO  |     18:21 Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib, mübarizəyə ilk olaraq qızlar başlayıb  |    
CityNews.az » Əsas » Prezident Dövlət Agentliyinə 17 milyon manat vəsait ayırdı

Əsas / Son xəbərlər / Siyasət

Prezident Dövlət Agentliyinə 17 milyon manat vəsait ayırdı


Prezident İlham Əliyev Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AZƏRTAC bildirir ki, sərəncama əsasən, səksən kilometr uzunluğu olan Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 17 (on yeddi) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.