Valyuta məzənnəsi:
09:10 Bu gün bu yollar bağlı olacaq  |     00:05 Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib - FOTO  |     21:15 Prezident Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib - FOTO  |     17:56 Vəfadan Ülviyyəyə: "Geyimdən "travma" alıb deyəsən..." - VİDEO  |     16:45 "İstəsəm, sevgilim dünyanı ayağımın altına sərər" - VİDEO  |     15:58 Xalq artisti rejissorları BiABR ETDi: "Onlar "cinayətkardırlar" - VİDEO  |     14:00 Əhmədin qətlə yetirdiyi atası ilə birgə görüntüləri - VİDEO  |     12:20 Qar yağacaq, yollar buz bağlayacaq  |     11:45 Azərbaycanda xanımı və uşağı ölən kişinin danışığı QINANDI - VİDEO  |     10:14 "Azərbaycan xanımları bizə necə dözürlər"  |     09:10 İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib  |     23:50 Bakıda konsert verən Simge: "Ölkəmdəki insanlar xoşbəxt deyil" - VİDEO  |     09:22 Beyons sağalmaz xəstəliyə düçar oldu  |     22:45 AVARÇƏKMƏ ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİ KEÇİRİLİR  |     20:10 “Həkimi çağırın, ayaqlarımı kəssin, yaşamaq istəyirəm” - Sabrina  |     20:07 Xəzər dənizində zəlzələ oldu  |     19:25 Keniyanın Baş prokuroru "ASAN xidmət"də  |     19:20 TANINMIŞ MƏŞQÇİ AZƏRBAYCAN ŞAHMATÇILARIYLA İŞLƏYƏCƏK  |     19:15 Dj Tural: "Şəkil çəkilib paylaşmaq üçün, mən onsuz da görürəm çimərlik geyimində" - VİDEO - FOTO  |     18:21 Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib, mübarizəyə ilk olaraq qızlar başlayıb  |    
CityNews.az » Əsas » XİN-dən Cozep Borrellə CAVAB

Əsas / Son xəbərlər / Siyasət

XİN-dən Cozep Borrellə CAVAB


Avropa İttifaqı rəsmisinin növbəti dəfə yanlış və reallığın ciddi şəkildə təhrif olunduğu fikirləri qəbuledilməzdir.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrell tərəfindən səslənmiş fikirlərinə cavabında deyib.

"Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrellin Azərbaycana qarşı əsas təhdid mənbəyi olan və antiterror tədbirlərini şərtləndirən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu məsələsinə laqeyd yanaşması ölkəmizə qarşı açıq qərəzin nümunəsidir. Uzun müddət təmsil etdiyi ölkənin separatçılığın qurbanı olduğunu diqqətə alaraq, Jozep Borrellin separatçı meylləri dəstəkləyən bu kimi bəyanatları təəccüb doğurur. Beynəlxalq təşkilatların qiymətləndirmələrinin əksinə, bölgədən Ermənistana və digər ölkələrə miqrasiya etmiş erməni sakinlərin güclə qovulduğunun iddia olunması və onların sayının qəsdən şişirdilməsi yanlış olmaqla yanaşı, təhlükəli tendensiyadan xəbər verir. Bu, həmçinin Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqqları müdafiə olunmamış yüzminlərlə Azərbaycanlıların hüquqlarına hörmətsizlikdir. Aİ tərəfinə məlumdur ki, bu ərazidən gedən ermənilərin 15000 nəfəri Ermənistan ordusunun heyəti idi. Bununla yanaşı, Ermənistan tərəfi ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Jozep Borrellin 150 min nəfərdən bəhs etməsi ciddi anlaşılmazlıq yaradır. Jozep Borrellin bu kimi yanlış bəyanatları eyni zamanda, Aİ-nin vasitəçilik səylərinə və Aİ Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdə missiyasına xələlə gətitir. Aİ nümayəndəsinə həmçinin xatırlatmaq istərdik ki, məhz Azərbaycan və dinc sakinlərimizə qarşı Ermənistan tərəfindən güc tətbiq edilməsi bölgədə münaqişənin 30 il davam etməsinin səbəbi olub. Məhz Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri nəticəsində özünü müdafiə hüququndan istidafə edərək legitim tədbirlər görüb və hərbi-siyasi yolla münaqişəni həll edib", - o deyib.

Ayxan Hacızadə bir daha, Aİ nümayəndəsini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağırıb.