Valyuta məzənnəsi:
20:35 Azərbaycanlı aparıcıdan MARAQLI RƏQS - VİDEO  |     20:35 Ulduz futbolçu “Çelsi”dən gedir  |     20:30 Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO  |     20:11 Atasına görə efirdə göz yaşı tökdü - VİDEO  |     19:15 Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı  |     19:08 Səmranın idman zalından paylaşımı GÜNDƏM OLDU - VİDEO  |     18:36 Zeynəb kriteriyalarını SADALADI: "Boyu elə olsun ki..." - VİDEO  |     18:06 Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb  |     17:51 Baş nazirdən su təchizatı ilə bağlı qərar  |     17:44 Damlanın estetiksiz halı - VİDEO  |     17:25 Stoltenberq: Ukrayna NATO-nun üzvü olacaq  |     17:03 Ançelotti Ardaya görə ulduz futbolçuların üstündən xətt çəkdi  |     16:53 "Mənə salam vermirlər" - VİDEO  |     13:25 Bakıda yeni park salınacaq  |     11:20 “Qarabağ”ın 30 oyunluq seriyası qırıldı  |     18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |    
CityNews.az » Son xəbərlər » 2023-cü ilin ən çox danışılan barışıqları

Son xəbərlər / Əsas / Maqazin

2023-cü ilin ən çox danışılan barışıqları


2023-cü il qalmaqallarla yanaşı barışıqlarla da yadda qalıb.

Axşam.az 2023-cü ildə yaşanan barışıqları təqdim edir:

Ötən ilin son günü - 31 dekabrda rəqqasə Fatimə Fətəliyeva ilə müğənni Xatun Əliyeva arasında illərdir davam edən küsülülük bitib. Onları barışdıran isə Xalq artisti Aygün Kazımova olub. Pop diva eyni proqramda qonaq olduğu sənətçiləri bir araya gətirərək, aralarındakı küsülülüyə son qoymalarını deyib.

İlin ən gözlənilməz barışığı Xalq artisti Brilliant Dadaşova ilə Əməkdar artist Lalə Məmmədova arasında yaşanıb. Lalə ad günü olan Dadaşovanın məclisinə gedərək, barışıq addımı atıb. Müğənnilər illərdir küsülü idi, onlar dəfələrlə bir-birinin ünvanına tənqidi fikirlər səsləndirib. 

Digər yaddaqalan barışıq isə müğənni Natavan Həbibi ilə Xalq artisti Röya Ayxan arasında yaşanıb. Natavan dəfələrlə açıqlamalarında Röyanın ünvanına sərt sözlər deyib. Onlar müğənni Səidə Sultanın toyunda barışıb. Daha sonra Röya Natavanı evinə qonaq çağırıb.

Eyni zamanda Röya ilə Səidə Sultan arasındakı küsülülük də bitib. 

2023-cü ildə "Avroviziya" təmsilçilərimiz Nigar Camalla Samirə Əfəndi arasında yaşanan geyim qalmaqalı da bitib. Onlar ölkənin əsas ulduzu Aygün Kazımovanın ad günündə bir araya gəlib və küsülülüyə son qoyublar.

Müğənni Mətanət Əsədova da efirdə onu təhqir edən Əməkdar artist Elza Seyidcahanla barışıb. Məclislərdən birinə qatılan Mətanət orada olan Elzaya yaxınlaşaraq, onunla görüşüb. Elza proqramlardan birində Mətanəti "virus" adlandırmışdı.

Müğənni İradə İbrahimova və Günay İbrahimli də illər sonra bu il bir araya gəlib, barışıblar. İfaçılar arasındakı qalmaqala səbəb Günayın İradənin ünvanına dediyi "Onu Azərbaycan şou-biznesində görmürəm" sözləri olub.

Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Elza Seyidcahan arasında illər əvvəl proqramlardan birində yaşanan qalmaqal bu il bitib. Seyidcahan Nazpərinin evinə gedərək, barışıq addımı atıb.

Elza Seyidcahan bu il küsülü olduğu müğənni Səidə Sultanla da barışıb. O, ifaçının toyuna gedərək, onu təbrik edib.