Valyuta məzənnəsi:
23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |    
CityNews.az » Cəmiyyət » Rəqsanə qadın həmkarlarını biabır etdi: “Həci”ləri hörmətdən salmaq sizin başınız üçün deyil - VİDEO

Cəmiyyət / Maqazin

Rəqsanə qadın həmkarlarını biabır etdi: “Həci”ləri hörmətdən salmaq sizin başınız üçün deyil - VİDEO


Məşhur iş adamı Fazil Əmiraslanovla ailə həyatı qurub, beş ildən çoxdur Rusiyanın paytaxtı Moskva şəhərinə köçən və orada müğənnilik fəaliyyətini davam etdirən Rəqsanə İsmayılova “ATV Maqazin 10larla” proqramının qonağı olub.

Rəqsanənin əri Fazil  ilk dəfə kameralar önünə keçərək, indiki arvadı İsmayılova ilə necə tanış olması barədə danışıb. O, “Rəqsanə toydan toy yox, məni tutdu” söyləyərək maraqlı açıqlamalar verib:

“Bizim tanışlığımız ailəmizin toy məclisində oldu. Ağstafa rayonunda qardaşımın xeyir işi idi. El məclisində təkcə Moskvadan 200-ə yaxın qonaq dəvət etmişdik. Böyük toy idi. Toyda oxuması üçün Rəqsanə 13 min dollar pul istəmişdi. Yazıq qardaşım da gəldi dedi ki, bunlar göylə gedir. Mən əlimdə mikrofon toyda danışırdım, bir də gördüm ki, məclisin yiyələrindən biri Xanlar müəllim mikrofonla söylədi ki “Səhnəyə Rəqsanə gəlir”. Mən də dedim ki, “Ay kişi görmürsən mən danışıram?” Oğlum da rus dilində dedi ki, “Папа что за Леди Гага” (Bu Ledi Qaqadır ki: red). Pul söhbəti etmədi. Toydan öncə yenidən görüşdük, söylədi ki, mən sizin toyunuzu gəlib apararam. Səhər isə zəng vurub dedi ki, Lenskiy prospektdə bir mağaza var, orada çox gözəl bir əlbisə var, onu mənə alın. Allaha and olsun, qiyməti 12 min dollar idi. Həmin mağazanın administrasiyasından tutmuş bütün işçilərinə kimi çağırıb, endirim etmələrini istədim. Rəqsanə həyatıma daxil olandan sonra sanki yenidən dünyaya gəldim”.

Sənətçi həyat yoldaşı Fazilin önündə əyləşərək iki qız övladı ilə bağlı maraqlı açıqlamalar verib. O, Aysun ilə Yağmurun Fazilin soyadını daşıdığını etiraf edib:

“Bizim dörd övladımız var. Aysun, Yağmur ötən il doğulan əkizlər qızım Mehrimah, oğlum isə Muhammed. Onu da bildirim ki, Fazil bəyin daha iki övladı var (qız, oğlan). Heç kəs ağlına belə gətirmirdi ki, Rəqsanə hər şeydən uzaqlaşıb, beş il Moskvada qala bilər. Amma qaldım. Fazil bəy mənim qızlarıma öz soyadını verib. Hər iki qızım - Aysun və Yağmur Əmiraslanova Fazil qızı soyadını daşıyır. Fazil qızlarımın bütün sənədlərini sıfırdan dəyişib, öz soyadını verdi. Bu onun öz şəxsi istəyi ilə olub. Anama hər zaman deyirdim ki, varlı, pullu kişi axtarmıram. Elə bir həyat yoldaşı istəyirəm ki, qoy kasıb olsun, amma bizə sahib çıxa bilsin, arxamızda dura bilsin, dərdimizi başa düşsün. Fazil çox ağır xarakterə malikdir. Onu hər insan qəbul edə bilməz. Fazil bir dəqiqə içərisində hər şeyi silib, çıxıb gedə bilər”.

Bir il öncə əkiz uşaq dünyaya gətirən müğənni, doğulan körpələrin hazırkı sağlıq vəziyyətlərindən danışıb. “Oğlum Muhammed ölüm-dirim savaşı apardı. Çox çətinlik çəkdi. Dörd-beş ay məcburi şəkildə xəstəxanada qaldı. Bizimdə ümidimiz yox idi ki, uşaq salamat qala bilər. Xəstəxanaya gələnlər, çoxlu sayda zənglər oldu. Oradan bildirilmişdi ki, biz heç bir məlumat verə bilmərik. Yəni hər şeyi sirr saxlaya bilən bir xəstəxanada yatırdım. Düşünürəm ki, bir neçə ildən sonra bəlkə yenə dünyaya bir-iki övlad gətirəcəyəm (gülür)”.

Daha sonra R.İsmayılova xanım həmkarlarını efir vasitəsilə məsxərəyə qoyaraq, ələ salıb. O, bəzi sənət yoldaşlarının efirdə “həci” sevgililəri ilə öyünmələrini başlarına qaxınc edib: 

“O xanım müğənnilər həyat yoldaşlarını deyil, sevgililəri haqqında çıxıb efirlərdə danışırlar. Ərə getmisən, canın sağ olsun. Tutalım ki, heç ərə də getməmisən, o kişi sənin yanındadır, ailəsi də var, sənə də baxır. Məcburdurmu, hansısa verilişə çıxan kimi həmin dəqiqə “Həci belədir, Həci bunu dedi, Həci mənə bunu alıb, hədiyyə etdi” söyləyəsən? Ayıbdır axı. Bu “həci”ləri niyə axı hörmətdən salırsınız? “Həci” adını layiqincə qazanan insanlar var. Onlar Allahın evinə gedirlər, səhərə kimi Allaha dua edirlər. Bu insanları hörmətdən salmaq sizin başınız üçün deyil. Bunu belə etməyin. Həyatında kimdə varsa, var da... Niyə axı sənə efirə gələn kimi “Həci”dən sual verirlər? Demək sən özün bu şəraiti yaradırsan. Yaratma da... Ərim var. Ər başqa şeydir. Ərdə olanda nikah kağızı olur. Qanuni həyat yoldaşı olanda kişi bir xanımın yanında olur və onun da nikahı olur. Hamı da bilir ki, filankəsin həyat yoldaşı budur. Amma əgər evdə arvadı varsa, gəlib mənim yanımda oturursa, bu artıq ər sayılmır. Mən aydan arı, sudan duru demirəm özümə. Çünki mənim də həyatımda səhvlərim çox olub. Həyatımda, efirdə, televiziyada çox sərt açıqlamalar vermişəm və çox səhv hərəkətlər etmişəm. Bunlara görə isə mən özümü heç bağışlamıram. Həyat yoldaşım da var, evliyəm. Bu günə kimi məni həyat yoldaşımla birlikdə heç kim heç yerdə birlikdə görməyib. İlk dəfə hamı sizin verilişdə görəcək”.

///Oxu.az