Valyuta məzənnəsi:
23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |     14:10 Əfsanə meydana qayıdır - 58 yaşında  |     13:34 "Zarinanın 3 uşağı var..." - VİDEO  |     13:13 Azərbaycanın səslərini Aysel açıqlayacaq  |     13:01 İdmançımız Avropa çempionu oldu  |     12:33 Faiq Ağayevin 35 yaşında oğlu var ? - VİDEO  |     11:14 Aytən Səfərova bu xəstəxanaya köçürüldü  |    
CityNews.az » Son xəbərlər » İdman » “2009-cu ildə qalib gəldiyim erməni döyüşçü ilə yenidən qarşılaşacağam” - 6 qat Dünya çempionu Səməd İbrahimov

İdman / Cəmiyyət

“2009-cu ildə qalib gəldiyim erməni döyüşçü ilə yenidən qarşılaşacağam” - 6 qat Dünya çempionu Səməd İbrahimov


“Sağlam bədən” adlı rubrikamızın növbəti qonağı tanınmış idmançı, 6 qat Dünya çempionu, 2 qat Avropa çempionu Səməd İbrahimovdur.

O, əməkdaşımızın suallarını cavablandırıb. İdmançının MAGAZINEWS.AZ-a müsahibəsini oxucularımıza təqdim edirik.

Səməd İbrahimov idmanın fiziki və mənəvi inkişafımızda faydalarından danışıb.

“Vaxtında düzgün qidalanmaq və yuxu rejiminə əməl etmək lazımdır. Məşqlər də düzgün qaydada olunmalıdır. Bunlar hamısı bir-birinə zəncirvari şəkildə bağlıdırlar. Əgər düzgün qidanmasan və yaxud yatmasan, məşq etməsən irəliyəyiş olmayacaq”. 

İlk məşqə başlayanda əsas yalnışlarımız nədir, nələrə diqqət edilməlidir?

“Gücü çatan çəkini götürməyə diqqət etməlidirlər. Məşqçinin tapşırığına riayət olunmalıdır. Gücün 20 kiloya çatırsa, 30 kiloqram ilə etmək olmaz. Məşqçi tərəfindən nəzarət edilməlidir.  Hər ikisi – məşq və qidalanmada peşəkar nəzarəti əsas götürülməlidir”. 

Bəzən tez müddətdə nəticə əldə etmək üçün dərman vasitələrinə əl atılır.

“İlk məşqə başlayanlar ay tamam olmamış tez nəticə əldə etmək istəyirlər. Bu mümkün olan bir şey deyil. Vitaminlərin isə insanlara heç bir ziyanı yoxdur. Bunlar təbiətdən aldığımız qidaların tərkibində də var. Məsələn: yumurta və yulafın tərkibində olan şeylərdir”. 

Düzgün qida dedikdə və rejim nə nəzərdə tutulur?
“Məşq proqramımız olur. Əgər çiyin-trapes, qolun arxasına işləyiriksə, onun ardınca digər məşqə keçmək düzgün deyil. Çünki bazada olan büdcəni tam paylamamalısan. Enerjini digər şeylər üçün istifadə etməlisən. Kökəlmək, eləcə də arıqlamaq üçün proqramlar ayrı olur. Əzələ kütləsini artırmaq üçün düzgün yemək qidaları var”. 

Sizi sosial layihələrin təşkilində fəal olduğunuzu görürük.

“İdmanın hansı növündən asılı olmayaraq, əsas məqsədimiz odur ki, gənclər asudə vaxtlarına boşuna keçirməsinlər. Siqaret, içki narkotik maddə kimi zərərli vərdişlərdən uzaq olsunlar. İdmanın müxtəlif növlərində üç rəngli bayrağımızın altında ölkəmizi təmsil etsinlər”.

İdmanda 27 iliniz tamam oldu..

“Bu idman növündə 8 ildir fəaliyyət göstərirəm. Bundan başqa, “Əlbəyaxa Döyüş Növləri Nümayəndəliyi”nin prezidentiyəm. 27 ilim isə noyabrın 9-u tamam  oldu. İlk dəfə 1992-ci ildə bu idman növünə başlamışam”.

Qarşıdan hansı yarışlar gözlənilir?

“2017-ci ildə 6-cı dəfə dünya çempionu oldum. Qarşıdan 2022-ci ilin noyabr ayında Almaniyanın Hagen şəhərində 2009-cu ildə qalib gəldiyim erməni döyüşçü ilə yenidən qarşılaşacağam.” 

Qeyd edək ki, Səməd İbrahimov 6 qat dünya çempionu, 2 qat Avropa çempionu, 5ci dan qara kəmər ustasıdır. Tələbələri isə ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edib, bayrağımızı yüksəldirlər.


Tural Hüseyn
Magazinews.Az