Valyuta məzənnəsi:
20:29 Dilarənin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO  |     20:04 Şairə Cığatel qəzada ölən nəvəsindən danışıb AĞLADI - VİDEO  |     17:23 Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - FOTO/VIDEO  |     16:35 Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     16:13 Xalq artistlərinin HİND RƏQSİ - VİDEO  |     23:44 Qadın və kişi voleybolçuların Azərbaycan çempionatlarında bütün finalçılar bəlli oldu  |     16:33 “Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında  |     15:04 "Özümü marka olaraq görürəm" - VİDEO  |     14:51 Qəza keçirən Aytən Səfərovanın 20 il öncəki ARXİV GÖRÜNTÜSÜ yayıldı - VİDEO  |     14:19 Həmcinsi ilə evlənən azərbaycanlı aparıcı onu qınayanlara CAVAB VERDİ  |     13:54 Xanəndənin toyda səhnə geyimi qınandı - VİDEO  |     12:42 "Belə ərim olduğuna görə çox xoşbəxt və şanslıyam" - VİDEO  |     12:03 Xatunun hədiyyəsi Fatiməni AĞLATDI - VİDEO  |     10:27 Salyan “ASAN xidmət” mərkəzində 1 il ərzində 178 mindən çox müraciət qeydə alınıb - FOTO  |     09:28 "Mən kökəlmək istəmirəm" - VİDEO  |     22:35 "Xəzri" və "Neftçi" klubları kubokun finalında  |     18:30 “Real” bu türk futbolçunu da transfer edir  |     17:02 Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM  |     16:57 Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO  |    
CityNews.az » Digər » Müsahibə » “Kişidirsə, qarşıma çıxsın, yəqin kişiliyi çatmır”

Müsahibə / Cəmiyyət / Maqazin

“Kişidirsə, qarşıma çıxsın, yəqin kişiliyi çatmır”


“Hər gün ağladım, dilimə yemək dəymirdi, özümə söz vermişəm ki, sevməyəcəm, kiməsə bağlanmayacam, onun üçün sərf etdiyim vaxta heyfim gəlir. Sevişmə səhnəsində məni görürlərsə, çəkiləcəm, evdəkiləri buna hazırlamışam”, - Bu sözləri Magazinews.Az-a özəl müsahibəsində aktrisa Pərvanə Qafarova deyib.

Son zamanlar Xalq artisti Röya Ayxan ilə birgə çəkildiyi reklamla adından söz etdirən aktrisa Pərvanə Qafarova Magazinews.Az-a açıqlamalar verib.

Aktrisanın müsahibəsini olduğu kimi oxucularımıza təqdim edirik:

- Yaxında doğum gününü qeyd etdin. Yaş üstə yaş gəldi nə dəyişdi?
“Mən heç vaxt yaşımı gizlətmirəm, amma deyəsən, qocalırıq. Bir yaş da gəldi. 36 yaşım tamam oldu”.

- Yaşlanmaqdan qorxursan?
“Heç vaxt yaş barədə kompleksim olmayıb. Görənlər bilir ki, mən o yaşı göstərmirəm”.

- Aldığın qeyri-adi hədiyyə oldu?
“İqbal adlı dostum var. Mənə qeyri-adi hədiyyə göndərdi. Kitab formasında mərmərdən hazırlatmışdı. O kitabın içinin ovulan yerinə gülləri qoymuşdular. Gözəl hədiyyə idi”.

- İlk təbrikin kimdən oldu?
”İlk təbrikim qardaş dediyim insan Sənandan gəldi. Düz gecə 12-də zəng etdi. Sonra anam təbrik etdi və digərlərindən davamı gəldi”.

- İstədiyin yerdəsən?
“Tam istədiyim yerdə deyiləm. 4-5 il öncə harada olacağımı bilmirdim. Bu yaxında reklam çəkilişi üçün təklif gəldi. Ukraynada Xalq artisti Röya Ayxan ilə birgə reklam çəkilişində oldum. Bilməzdim ki, məni belə bir reklam çəkilişinə çağıracaqlar.  Nə çoxdu aktrisalar. İlk olaraq, Vüsala, Cavid Mədətova təşəkkür edirəm ki, məni məsləhət gördülər. Röyanın özü də bəyənib. Sonuncu qərarı isə Kiyevdəki rejissor verdi. Oynadığım obrazları bəyəniblər. Şəkilimi bəyənəndən sonra çağırdılar. Bu xəbəri eşidəndə sevincimdən göylərdə uçurdum. Bilməzdim ki, bu reklama çəkiləcəm, bütün hər yerdə - küçədə, tv-də, metrolarda yayımlanacaq. Kiyevdə üç gün Lalafonun reklamını çəkdik. Hamı mənim yerimdə olmaq istəyərdi, lakin mən seçildim. Çox uğurlu bir layihə oldu”. 

- Röya ilə birgə eyni çəkiliş meydançasında olmaq çətin deyildi? 
“Əla idi. İnandırım ki, Röya həddindən artıq gözəl, deyib-gülən insandır. İnanmıram ki, onun kimi müğənni olsun. Çox diqqətcildir”.

- Reklam təklifləri artar, artıq seçərək qəbul edirsən?
“Reklam və çəkiliş təklifləri çoxalıb. Əvvəl çəkilişlərə ödənişsiz gedirdim. İndi ödənişlə gedirəm. Ödənişsiz reklamlara getmirəm. Dostum olsa da, ödəniş olunmursa hədiyyəsini versin, reklam edim. Müsahibə ilə onlara bildirmək istəyirəm ki, məndən inciməsinlər. Bu mənim işimdir. Dost başqa, iş başqa. Telekanalların birindən xəbər aparıcılığı təklifi də gəldi. Xəbərləri aparmaq mənlik deyil. Mən pozitivəm, xəbərləri aparmaq isə ciddilik tələb edir. Mənim simamı bəyənmişdilər. Daha sonra Xəzər Tv-dən təklif aldım. Hazırda “COMEDYXANA” layihəsində çalışıram. Digər ölkələrdə vardı. Artıq bizdə də var”.

- Şou xarakterli verilişdə özünü aparıcı kimi görürsən?
“Bunu edə bilərəm. Maqain tipli bir şeylər istəyərəm. Təklif gəlsə qəbul edərəm. Hətta MTV-dən bir təklif gəlib. Xəbər gözləyirəm”.

- Müğənnilərin aktrisalıq etdiyini görürük, yaxud əksi olur. Belə hallara münasibətin necədir?
“Aktisalığımı edirəm, nə müğənnilik, nə də ayrı bir şey istəyirəm. Təklif gəldi ki, xına tədbirləri aparam. Düzdü aparıcılıq edirəm.  Youtube-da bir-iki verilişim olub. Müğənnilik, xına mərasimləri isə mənlik deyil”.

- Səbəb xınada özünü təsdiq edənlərlə rəqabətdən çəkinməkdir?
“Xınanı aparanlar var. Fatimə xanım, Çinarə və b. Heç kimdən çəkinmirəm. Hər kəsin ruzusunu Allah verir. Sadəcə atlanıb-düşmək mənlik deyil. Teatrda işləmək tam ayrıdır. Tv aktrisası, kino-serial  isə tam başqadır. Mən kino və serialdan teatra gəldim. Teatrda canlı olaraq, insanları güldürmək, ağlatmaq çox çətindir. Xına mərasimi aparmaqdansa, bu mənim üçün daha uğurludur”. 

- İlk rolun nə olub?
“Əvvəllər ATV-də bir veriliş vardı. Hamının fikrini öyrənmək üçün məni qabağa verirdilər. Bu Azərbaycan mentalitetini öyənmək üçün eksperiment idi. Qıza kimsə söz atanda ətrafdakı oğlanların münasibətini öyrənmək istəyirdilər. O çəkilişləri heç vaxt unutmaram. Aqil Uluxanlıya salamımı göndərirəm”.

- Dünya ulduzlarından eyni səhnəni bölüşmək istədiyin?
“Əlbətdəki var, çoxdur. Ancaq inanmıram. Yuxuda olar. Düzdü, əvvəllər bu sahədə olmayan vaxtlar bizim məşhurlardan Röyanı, Miri Yusifi, Emin Ağalarovu həyatda görə biləcəm deyə, düşünürdüm. Mən hara, onlar hara deyirdim. Allah elə etdi ki, mən onları gördüm. Görüşürəm, salamlaşıram. Dostluq da edirik. Yəqin ki, digər arzularlarım həyata keçər”.

- Bu gün efirə baxanda səni nə qıcıqlandırır?
“Süni obrazlar oynaya bilməyənlər məni qıcıqlandırır. Adamı var deyə, efirə çıxır. Bu məni əsəbləşdirir”.

- Son zamanlar aktrisaların yerinə modelləri, “vine”larda çəkilənləri çəkirlər..
“Modeldirsə, getsin modelliyin etsin. Bizim işimizə dəyməsin. Mini yubkasını, gəlinliyini geyinib podiuma çıxsın.  Demirəm ki, mən sənətkaram, xalq artistiyəm. Məni bəyəniblər ki, bura gətiriblər. Öz gücümə gəlmişəm. Mənə salonlardan model kimi çox təkliflər gəlir. Ancaq istəmirəm”.

- Rejissorların  onlara daha çox üstünlük verməsinin səbəbi nədir?? İstedadlarımı, yoxsa?
“Fikrimcə, baxır hansı rejissor. Yəqin xoşu gəlir, çəkir. Başqa nə deyə bilərəm”. 

- Aktrisalıqdan başqa bacarığın var?
“Əslində həkiməm. Diplomum da var. Mama ginekoloqam. İş təcrübəm də var. Bu da olmasa, yemək bişirmə bacarığım yaxşıdır. Gözəl yeməklər hazırlayıram”.

- Əlində sehrli dəyənəyin olsa, ilk nəyi dəyişərdin?
“Çox şeyi dəyişərdim. Birinci öz həyatımı. Layiq olmasam da, çox şeylər qarşıma çıxır. Bilmirəm niyə, bəlkə də sınaqdır. Həyatımı dəyişərdim ki, pis-qara qüvvələr məndən əl çəksinlər. Paxıllıq və söz söhbətləri bitirərdim”.

- Tez-tez səhvlər buraxırsan?
“Heç kəs səhvsiz deyil. Hər bir insan səhv buraxır. Heç kim süddən çıxmış ağ qaşıq deyil. Səhvi mən buraxmışamsa, peşmançılıq çəkmirəm. Çünki mən etmişəm, yaxşı etmişəm. Həkimin əlində insan ölür”. 

- İmkan olsa, gələcəyə, yoxsa keçmişə getmək istərdin?
“Səhvləri düzəltmək üçün keçmişə gedərdim. Her şeyi yoluna qoyub indiki zamana qayıdaram. Sonra gələcəyi görərik. Əgər bir yerdə bu addımı atmısansa, ikinci dəfə həmin yerdən keçməməlisən. Mən risk etməyi çox sevirəm. Hər dəfə bunu edirəm. Nəsə olduğunu bilirəm, amma yenə riskə gedirəm. Allaha çox şükür ki, heç vaxt məni tək qoymayıb”.

- Aktrisaların rollarından çox geyimləri gündəm olur. Səncə bunlar bilərək edilir?
“Bizim “Niyə” filminin qala gecəsi oldu. Mən ora çox sadə geyinmişdim. Ümumiyyətlə, hamı sadə geyinmişdi. Digər təqdimatlarda çox açıq geyinən aktrisalar çox görmüşəm. Ancaq adlarını çəkmək istəmirəm, mənə lazım deyil. Özü bilər. Bəlkə elə xoşlayır, açıq geyinib gündəmə gəlsin. Mən heç vaxt açıq geyinməmişəm. Qala gecələrə gedəndə qapalı geyinirəm. Belə şeylərlə gündəmə gəlmək məncə düzgün deyil. Qalmaqalla, açıq geyinməklə yox, sənətinlə gündəmə gəl”.

- Aktrisalardan işinə əngəl yaradanlar olur? 
“Məni vuran olmuşdu. Yenidən qaytarıldım. Həmin adamın ürəyi partlaya-partlaya qaldı ki, Pərvanə yenə gəldi. Sən bilirsən ki, bura çəkilmişəm. Sən məni niyə vurursan ki. Yerini dar edirəm? Məni bəyənmirsən, istəmirsən mən gəlim, yerimə başqasını gətirdilər. Nə olsun? Mən də bildiyimi edib qayıtdım. Hər bir insanın ruzisini Allah verir. Kiminsə çörəyinə bais olmaq düzgün deyil. Hansı layihə olduğunu isə demək istəmirəm”. 

- Özünü qadın kimi xoşbəxt hesab edirsən?
“Şükür etməyi bacaran bir xanımam. Çox şükür ki bu yerdəyəm. Bəzi şeylər var alınmır, yaxud gec alınır. Səbrim çatmasa da, yenə səbr edirəm. Səbr edirəmsə, o iş alınır. Allah səbr edənləri sevir. Sevimli bəndəyik ki, yaxşı şeylər nəsib olur”.

- Səni güclü qadın hesab etmək olar?
“Öz ayaqlarım üzərində dururam. Heç kimə demirəm ki məni harasa çək. Elə şeyi sevmirəm. Rejissor özü bilir mən kiməm. Qoy özü çağırsın. Mən niyə deməliyəm ki”.

- Səni nə kövrəldər?
“Həyatda o qədər şeylər var ki, kövrəlirəm. Mənim əməyimi itirəndə çox pis oluram”.

- Çox vaxt güclü qadın obrazının arxasında duyğusal qadın durur. Sən çılğınsan, yoxsa duyğusal?
“Gülən insanın min dərdi olur, deyirlər. Həmişə məni pozitiv görürsünüz. Mənim o biri dünyam da var. Mən nə qədər gülsəm də, ağlayıram. Bunu heç vaxt heç kəsə göstərmirəm. Bu mənim gizlinimdir, amma sən o sözü məndən alırsan (gülür)” 

- Ətrafındakılardan daha çox vəfasızlıq görürsən?
“Çox vəfasızlıq görmüşəm. Mənim qız rəfiqələrim yoxdur. Mənim dostlarım oğlanlardır. Oğlanlardan da yarısının yarısı mənim dostumdur. Ən yaxşıları mənim yanımdadır”.

- Etdiyin fədakarlıqlar bu gün qazandıqlarına dəyir?
“Əlbətdə. Çox şeydən keçmişəm. Məsələn, ailə qurmamışam. Niyə ailə qurmadığımı soruşurlar. Məni gərək belə qəbul edən olsun. Çox oğlan istəmir ki onun xanımı aktrisa olsun. Setlərdən çox gec gəlirik. Elə vaxt olur, səhərədək qalırıq. Bəzən evə gələ bilmirik. Əvvəllər ailəm haradasan deyib, videozəng edirdilər ki görsünlər. Artıq öyrəşiblər. Mənim işimin belə olduğunu bilirlər. Mən evə gəlməyə də bilərəm”.

- Evlilik təklifləri olur?
“Olub. Deyirlər ki sənəti at, məni tut. Niyə atım? Mən öz gücümə yenicə bu yerə gəlib çıxmışam. Bilsəm ki, kimsə məni gətirib vecimə olmaz. Öz gücümə gəldiyim üçün məni yandırar. Məni olduğum kimi qəbul etmələrini istəmişəm. İstəmirsənsə, sağ ol”.

- Gözəl xanımsan, sevgi və sponsorluq təklifləri oland reaksiyan necə olur?
“Çox olur (gülür) İnstagram doludur. Onlar mənə lazım deyil. Boş söhbətlərdir. Kişidisə, qarşıma çıxsın, boşuna niyə yazır ki? Yəqin kişiliyi çatmır da”.

- Həyatda tez-tez depresiyaya düşürsən, çıxmaq üçün nə edirsən?
“Şəxsi məsələyə görə, bu yaxınlarda çox pis depresiyaya düşmüşdüm.  Sentyabrda olmuşdu. Yaxınlarım sağ olsunlar ki, məni tək qoymadılar. Mən bir həftə ofisdən ayrılmadım. Hər gün orada ağladım. Dilimə yemək dəymirdi. Heç kim indiyənə kimi məni belə görməmişdi. Oktyabrın 13-ü mən o depresiyadan çıxdım. Artıq vecimə deyil, çünki unutmuşam. O insan mən tanınandan sonra zəng etdi. Ona dedim ki, gərək mən tanınardım, yığmağın üçün şəkillərim hər yerdə olmalı idi? Mənə elə insan lazım deyil. O insan özümə görə istəsin, məşhurluğuma görə yox. Ona görə rədd elədim. O hər yerdə blokdadı”.

- Hazırda sevib-sevilirsən?
“Sevilirəm, amma sevmirəm. Özümə söz vermişəm ki, sevməyəcəm. Kiməsə bağlanmayacam. Başım çox çəkib. Sevgi söhbəti mənlik deyil. Kimə isti münasibət göstərirsənsə, elə bilir belə də olmalıdı”.

- Nə etmək istəyirsən, ancaq mentalitet mane olur..
“Düzdü mane olur. Görürəm ki, çox adam fikr vermir. Mentaliteti fikirləşən yoxdu. Təkcə mənəm dəli kimi onu fikrləşən. Deyəsən, mən də edəcəm”. 

- Hansısa rollarla bağlı özünə qadağaların olur?
“Var idi. İndi isə yox. Aktrisa hər bir obraza girməlidir. Çünki bu obrazdı. Nə olsun ki o rolu oynayan sənsən. İçində başqa birisidir. Sadəcə onu canlandırırsan. Öpüşə və qucaqlaşa bilərsən. Başqa şeylər də ola bilər. Buna pis baxmıram. Evdəkiləri də buna hazırlamışam. İşim olduğunu demişəm. Bu rolda məni görürlərsə, çəkiləcəm. Qonararımı da alacam. Təklif gəlsə, çəkiləcəm. Çəkildiklərimin arasında qucaqlaşma, öpmə səhnəsi də olub”.

- Həyatının ən xoşbəxt və ən pis anı?
“Həmin depresiyayla bağlı oldu. Ən xoşbəxt anı mənə görə xarici ölkədən gəlməyi oldu. Mənə görə gəlməyinə şoka düşmüşdüm. Kiyevdən qayıdandan sonra heç nə olmamış kimi mövzu bağlandı. Bunları yada salanda çox pis oluram. Sərf etdiyim vaxta heyfim gəlir”.

- Pul sənin üçün nədir?
“Deyirlər pul heç nəyi həll etmir. Xeyr! Pul hər şeyi həll edir. Pulumuz olmasa, burada oturmazdıq. Heç yerə gedə bilmərik, gəzə bilmərik, geyim ala bilmərik. Pul mənim üçün hər şeydir”.

- İstədiyin yerə çatmaq və var-dövlət səni dəyişdirər?
“Mənim Rafael adında dostum var. Həmişə deyir ki, istədiyin yerə çatanda dəyişəcəksən. Ona deyirəm ki, mən o deyiləm. Öz xasiyyətimi bilirəm, dəyişən deyiləm. Mən sizinlə neçə ildir dostam. Necə varam, elə də qalmışam. Ancaq başqası gəlsə, özümü dartaram. Mən sizinlə çörək kəsirəm, necə özümü darta bilərəm. Dostlarımla bərabər gəlmişəm bu yerə”. 

- Gündəlik və aylıq xərcin nə qədərdir?
“Həddindən artıq çoxdur. 1000-2000 AZN olur. Hələ salonum, makyajım çox vaxt hədiyyə olur. Arada geyimlər də olur. Ancaq bunlar hər dəfə olmur. Belə şeylər pul tələb edir”. 


Çəkilişə yaratdığı şəraitə görə, “Sushi Azerbaijan” restoranına, şəxsən Xəyyam bəyə təşəkkür edirik. 


Tural Hüseyn
Fotolar:Sübhan ismayılov
Magazinews.Az