Valyuta məzənnəsi:
21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |     21:00 “Bu, regionda gələcək və davamlı sülhə yönəlib” - Ermənistan Prezidenti  |     20:35 Elcan Dilarənin geyiminə "İLİŞDİ": "Qışda açıq-saçıq, yayda bu nə geyimdi?" - VİDEO  |     20:30 Bakıda avtobusda yaşlı kişidən xanıma ƏXLAQSIZ HƏRƏKƏT - VİDEO  |     20:05 Azərbaycanın iki badmintonçusu Paris-2024-də  |     19:20 Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlandı  |     19:00 Türk futbolçu İngiltərə nəhənginə transfer olur  |     18:44 Tacir kiçik oğlu üçün AĞLADI - VİDEO  |     18:01 Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini geridə qoydu  |     17:22 Vəzifəli şəxslərin siyahısı genişləndirildi  |     17:11 “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırıldı  |     16:35 "Bu, onların öz qərarıdır" - Musa Qurbanlı  |     16:03 Müşfiq efirdə ona söz atan parodistin CAVABINI VERDİ: "Mən onları..." - VİDEO  |     15:20 Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq  |     13:00 Fatih Terim geri qayıdır  |     20:35 Azərbaycanlı aparıcıdan MARAQLI RƏQS - VİDEO  |     20:35 Ulduz futbolçu “Çelsi”dən gedir  |     20:30 Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO  |     20:11 Atasına görə efirdə göz yaşı tökdü - VİDEO  |     19:15 Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı  |    
CityNews.az » Əsas » Prezidentlə oğlu “Akıncı” hücum PUA-larının uçuşunu izlədi

Əsas / Son xəbərlər / Siyasət / Ordu

Prezidentlə oğlu “Akıncı” hücum PUA-larının uçuşunu izlədi


Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-larının uçuşunu izləyiblər.

AZƏRTAC bildirir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış oldu.

Müdafiə naziri və Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat verdilər. Bildirildi ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub.

Sonra Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəldi. "Akıncı" hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirdi.

PUA-nın yerə enməsini izləyən Azərbaycan Prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkdi.

Daha sonra Prezident İlham Əliyev yeni inşa edilmiş anqar komplekslərinə baxış keçirdi.

Anqarlar müxtəlif tipli pilotsuz uçuş aparatları, eləcə də silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-sı və digər aviasiya-texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulub.

Müzəffər Ali Baş Komandan burada "Akıncı" hücum PUA-sı və aviabombaları ilə də tanış oldu.

Sonra birgə foto çəkdirildi.