Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Digər » Maraqlı » Red Bull BC One Azərbaycana qayıdır - FOTO

Digər / Maraqlı

Red Bull BC One Azərbaycana qayıdır - FOTO


Red Bu

Red Bull BC One Cypher Azerbaijan 2024 - Ölkənin ən güclü b-girl və b-boylarının qarşılaşması

 

Red Bull BC One Cypher Azerbaijan ölkənin ən yaxşı b-girl və b-boylarını bir məkana toplayacaq. 

 

18.02.2024-cü il tarixində "Passage 1901" məkanında baş tutacaq Red Bull BC One Cypher Azerbaijan yarışmasında iştirakçılar ölkənin ən güclü b-girl və b-boy adı uğrunda mübarizə aparacaqlar.

 İştirakçılar təkbətək döyüş formatında   gözəl hərəkətlər və mürəkkəb texnika ilə öz üslublarını nümayiş edəcəklər. Qaliblər isə ilin sonunda Rio-de-Janeyroda keçiriləcək Red Bull BC One Dünya Finalında Azərbaycanı təmsil etmək şansı qazanacaq. 

 

Bu tarixdən öncə 16.02.2024 tarixində Dəniz Mall-da finalçıların seçim mərhələsi keçiriləcək. 17.02.2024-cü il tarixində isə Harmony Dance Studio-da  münsiflərin master-klassları baş tutacaq. 

Qeyd edək ki, Dəniz Mall-da baş tutacaq seçim mərhələsinə giriş sərbəstdir və istənilən şəxs izləyici olaraq qatıla bilər. Yarışmaya isə giriş yalnız dəvətnamə əsasında mümkündür. 

 

Yarışma atmosferindən başqa, Red Bull BC One keçirildiyi bütün ölkələrdə hip-hop bayramı hesab olunur. Belə ki, Red Bull BC One Cypher Azerbaijan tədbirinə münsif olaraq bütün dünyada tanınan breykerlər, eləcə də, Azərbaycanın rəqs və hip-hop icmasının tanınmış nümayəndələri, dj-lər, reperlər, gənc bloqerlər və influenserlər qatılacaq. 

Bundan əlavə, bu il breykinq idman disiplini olaraq Olimpiadada debüt edir. Bu səbəbdən 

Red Bull BC One yarışmasının keçirilməsi ölkəmizdə bu olimpiya disiplinində idmançıların yetişməsinə də töhfə vermiş olacaq. 


Tərəfdaşlar:
 Red Bull BC One Cypher Azerbaijan yarışmasının rəsmi tərəfdaşı Azərbaycan İdman Rəqsləri Federasiyasıdır.
 Eləcə də, Red Bull BC One-ın qlobal və ekslüziv tərəfdaşı Reebok brendidir. 

 

P.S. Mətnlərdə breykdansinq əvəzinə breykinq, breykdanser deyil breyker, b-boyb-girl sözlərindən istifadə olunması tövsiyə olunur.

Öncədən minnətdarlığımızı bildiririk!