Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Son xəbərlər » "ASAN xidmət"in nümayəndəsi “Qlobal Liderlik Proqramı”nda

Son xəbərlər / Cəmiyyət

"ASAN xidmət"in nümayəndəsi “Qlobal Liderlik Proqramı”nda


Cari ilin 8-15 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti tərəfindən Dubay şəhərində təşkil edilmiş  “Qlobal Liderlik Proqramı”nın son mərhələsində iştirak edib.


6 ay davam edən “Qlobal Liderlik Proqramı”nın əsas məqsədi BƏƏ və dünyanın müvafiq sahələri üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri arasında qarşılıqlı əlaqənin yaradılması, o cümlədən dövlət idarəçiliyində innovasiyaların təşviqi kimi bir sıra mühüm mövzular üzrə təcrübə mübadiləsinin təmini olub. 


Proqram çərçivəsində liderlik, kommunikasiya, təqdimat bacarıqları, beynəlxalq əlaqələr sahəsində nüfüzlu beynəlxalq ekspertlər tərəfindən seminarlar keçirilib. Eləcə də BƏƏ hökumətinin yüksək vəzifəli rəsmiləri ilə görüşlər təşkil olunub.


Sonda Birləşmiş Ərəb Əmirliyinin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla görüş keçirilib və iştirakçılar sertifikatlarla təltif olunublar.


Bundan əlavə Dövlət Agentliyinin nümayəndəsi Dubayda keçirilmiş Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunmuş “2050-yə səyahət: Vətəndaşların Sabahın Hökumətlərindən Gözləntisi” adlı paneldə moderator qismində iştirak edib. Paneldə Serbiya, Kolumbiya və Seyşel Adaları Republikalarının aidiyyatı sahələrə məsul  nazirləri ilə müzakirələr aparılıb.